Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
06 Июня 2014

Azərbaycan hər şeydə birinci olmağı xoşlayır, lakin bu işdə olmasaydı daha yaxşı olardı

Xəbər portallarının birində belə bir xəbər oxudum: “Eyni cinsli cütlüklər Azərbaycanda evlənə biləcəklər”. Şoka düşdüm, yəni Azərbaycanda bu da oldu.

Amma xəbəri araşdırdım, dəqiqləşdirdim ki, Britaniyadan olan eyni cinsli cütlüklər Azərbaycanda evlənə bilərlər. Eyni cinslilər indi Azərbaycan daxil olmaqla dünyanın 23 ölkəsində Britaniya konsulluğunda evlənə bilərlər.

Xəbərlərdə yazılan məlumatlara görə keçmiş Sovet ölkələrindən Rusiya və Latviyanın da adı var. Daha sonra bir sıra ölkələrin də adı çəkilir, onların içində Estoniyanın da adı var. Hörmətli xəbər portallarının redaktorları, Estoniya da keçmiş Sovet ölkələrindən biridir - özü də Pribaltika Respublikalarından biri.

Belə çıxır ki, keçmiş Sovet ölkələrindən üçündə və üstəlik də Azərbaycanda bu evlilik mümkündür. Çox gülünc bir qərardır. Azərbaycan hər şeydə birinci olmağı xoşlayır, lakin bu işdə olmasaydı daha yaxşı olardı.

Maraqlıdır keçmiş 15 Sovet respublikalrından 11-də niyə bu evlilik olmur? Bundan başqa dünyada 195-dən yuxarı ölkələr mövcuddur. Onlardan ancaq 23-də bu var. Məncə Azərbaycan nə etik, nə də dini cəhətdən konsulluqda da olsa, buna razı olmamalı idi. Bu yolla xarici ölkə öz xəstə cəmiyyətinin ənənələrini bütün dünyaya yaymaq istəyir.

Müasir zamanda bir ölkədən başqa bir ölkəyə getmək elə bir problem deyil. Evlənmək istəyən gedib öz ölkəsində də evlənib, qayıda bilər. Məncə siyasətçilərimiz bir az ayıq olsunlar. Çünki bu Azərbaycanla oynanılan açıq-aşkar çirkin bir oyundur!

  1595   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up