Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
05 Июня 2014

Görün nə gündəyik ki, Bulvarda saqqızları təmizləmək üçün xüsusi briqada yaradılır!

Təmizlik ilk növbədə özümüzdən başlayır. İnsan özünü və yaşadığı evi təmiz saxladığı kimi küçəni də təmiz saxlamalıdır. Ancaq çox təəssüf ki, küçəyə zibil atmamaq mədəniyyəti hələ bizdə formalaşmayıb. Mən şəxsən bu barədə məsuliyyətliyəm, heç yanımdakına belə küçəyə zibil atmağa imkan vermirəm.

Oxuduğum bir xəbər məni sevindirdisə, digər tərəfdən əsəbləşdirdi. Dənizkənarı Bulvar İdarəsinin rəisi Nazim Məcidov verilişdə bildirib ki, bulvar ərazisinə atılan saqqızları toplamaq üçün xüsusi briqada yaradılacaq. Bu briqada insanların bulvar ərazisində rahat gəzməsini təmin edəcək.

Belə ki, bulvara atılan saqqızlar ayaq altında qalıb, ya insanların ayaqqabılarına yapışır, ya da yerə yapışır, belə olduqda da onları təmizləmək çətin olur. Bunun üçün xüsusi briqadanın yaradılması bir tərəfdən də acınacaqlı haldır.

Ağzındakı saqqızı küçəyə, gəzdiyi yola tüpürənlərə nə ad vermək olar?! Bu sadəcə mədəniyyətsizlikdir. Çeynədiyin saqqızı yola tüpürmək lazım deyil, saxlamaq olar, bundan başqa da bulvar ərazisində kifayət qədər zibil qabları var. Küçəni təmizləyənləri əlavə əziyyətə salmağa ehtiyac yoxdur. Bu əslində insanlar üçün bir mesaj olmalıdır, yəni görün nə gündəyik ki, saqqız toplamaq üçün briqada yaradırıq. Ancaq bununla belə belə bir briqadanın yaradılması təqdirəlayiqdir.

  2404   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up