Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
05 Июня 2014

Zəmanədəndir, nədəndir bilmirəm, amma insanlarımız çox qəddarlaşıb...

Xəbər saytlarının birində belə bir məlumat oxudum. Belə ki, Bakıda maraqlı bir hadisə baş verib. Bir biznesmen oğluna “palatka toyu” edib. Palatka düz şadlıq sarayının qabağında, minlərlə insanların yaşadığı ərazidə qurulub. Məlumata görə insanlar çox rahatsız olub: yüksək musiqi səsi, qonaqların səs-küyü. Hətta sakinlər məcbur olub 102 xidmətinə şikayət ediblər.

Lakin gələn polislər toyu yox, ətrafdakı taksi sürücülərini ərazidən qovmaq ilə məşğul olublar. Gec də olsa toy dayandırılıb, restoran və toy sahibinə protokol tərtib olunub.

Bir tərəfdən biznesmeni başa düşmək olar. Restoran toyları artıq çox darıxdırıcı və maraqsız olub. Toyların standart gedişatı, yeməklərlə dolu süfrələr, baş ağrıdan musiqilər – artıq bunlardan insanlar bezib. Biznesmen də yəqin yenilik etmək istəyib və bəlkə də bu yolla “palatka ənənəsi”nə qayıtmaq istəyib. Amma alınmayıb.

Məncə bunu şəhərdən kənarda etsəydi daha yaxşı alınardı. Yəqin imkanı çatmayıb. Amma mən bu rəyimdə daha çox ətrafda yaşayan insanları qınayıram. Bir gecə yatmasanız olmazdı? Qabaqlar kəndlərdə 3 gün, 3 gecə toy davam edirdi, heç kim də narazıçılıq etmirdi. Təki toylar olsun.

Amma indi insanlar o qədər qəddarlaşıb ki, 1 gün belə dözə bilmədilər. Demirəm, bu hadisə hər gün davamlı olaraq təkrarlansaydı, orada yaşayan sakinlərə haqq qazandırmaq olardı. Amma bir gün bu cür toy təşkil olunub, onu da o saat 102-yə zəng edib şikayət ediblər, toy yiylərinə protokol tərtib etdirib, qanlarını qaraldıblar, toyu yarımçıq dayandırıblar. Yenə deyirəm, axı belə bir şey birinci dəfə təşkil olunmuşdu və bir gecə insanlıq xatirinə dözmək olardı.

  1714   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up