Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
03 Июня 2014

3 həftə ərzində əziyyət çəkmədən arıqladım. Məncə menyusu da asandır...

Xanımlara istifadə etdiyim və nəticəsindən də razı qaldığım bir pəhrizi paylaşmaq istəyirəm. Bu pəhrizi Rus saytlarından götürmüşəm və oradakı rəyləri və arıqlayanların şəkillərini gördükdən sonra mütləq istifadə etməyi qərara almışam.

Pəhriz 3 həftə davam edir. Pəhrizdə əsas məsələ yeməklərin enerji dəyərini (daha doğrusu kkal hesablamaq lazımdır). Bu pəhrizi Həkim Martina Katananın pəhrizi və yaxud “Американские горки” adlandırırlar.

İndi isə keçək pəhrizin menyusuna:

3 gün hər gün ərzində ümumi enerji dəyəri 600 kkal olan yeməklər yeyirik (daha dəqiq: 1 gün ərzində yeyilən bütün yeməklərin ümumi, toplanmış enerji dəyəri 600 kkal)

4 gün hər gün ərzində ümumi enerji dəyəri 900 kkal olan yeməklər yeyirik (daha dəqiq: 1 gün ərzində yeyilən bütün yeməklərin ümumi, toplanmış enerji dəyəri 900 kkal)

7 gün hər gün ərzində ümumi enerji dəyəri 1200 kkal olan yeməklər yeyirik (daha dəqiq: 1 gün ərzində yeyilən bütün yeməklərin ümumi, toplanmış enerji dəyəri 1200 kkal)

və yenə təkrar 3 gün hər gün ərzində ümumi enerji dəyəri 600 kkal olan yeməklər yeyirik (daha dəqiq: 1 gün ərzində yeyilən bütün yeməklərin ümumi, toplanmış enerji dəyəri 600 kkal)

4 gün hər gün ərzində ümumi enerji dəyəri 900 kkal olan yeməklər yeyirik (daha dəqiq: 1 gün ərzində yeyilən bütün yeməklərin ümumi, toplanmış enerji dəyəri 900 kkal)

Gördüyünüz kimi, pəhriz 3 həftəlikdir. Pəhrizə əlavə məsləhətlər odur ki:
1) Hər səhər acqarına 1 stəkan ilıq su için.
2) Su içdikdən 20 dəqiqə sonra mütləq səhər yeməyi yeyin. Səhər yeməyi yemək mütləqdir.
3) Axşamlar daha yüngül yeməklərə üstünlük verin.
4) Ev şəraitində yüngül aerobika ilə məşğul olun.
5) Yeməklərin enerji dəyərini dəqiq hesablamaq üçün sizə bu sayt çox kömək olacaq.
6) Stolüstü tərəzi də alsanız işinizi daha da asanlaşdırarsınız (mən Bizim Marketdə 15 manata almışam).

Mən 3 həftə bu pəhrizin qaydalarına riayət etdim və 6,5 kq arıqladım :) Məncə pis nəticə deyil. Sizə deyim ki, heç də çətin də deyil. Standart və konkret menyu olmadığına görə menyununuzu öz zövqünüzə uyğun olaraq seçə bilərsiniz (amma yeməklərin enerji dəyərini nəzərə almaq şərti ilə). Onu da deyim ki, pəhriz bitdikdən sonra da yeməyinizə fikir versəniz arıqlama yenə davam edəcək. Məsləhətdir!

  26581   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Похудение

Herbalife arıqlama klublarına getməyə dəyər ya yox? Şəxsi təcrübə
Похудение

Evdə edə biləcəyimiz bir neçə rahat və effektli üsullarla arıqlamaq mümkündür
Похудение

Pəhriz saxlayanlara məsləhət: Qida rasionunuza badam daxil etməyi unutmayın
Похудение

Bu möcüzəvi yaşıl içkini istifadə etsəniz daha da gözəl və arıq olarsınız
Похудение

"Aktyor pəhrizi" – tez bir zamanda çəki itirmək üçün ideal pəhrizdir
Похудение

Qızlar oxumadan keçməyin - çox effektiv xurma pəhrizi :)
Похудение

“12 gün” pəhrizi - düzdür bu pəhrizlə 10 kq arıqlamaq olar, amma nəyin bahasına?!
Похудение

"Eveline Slim Extreme 3D" - bu kremdən 1 ay istifadə olunsa, məncə orqanların çoxu sıradan çıxar
Похудение

5:2 pəhrizi - ən azından çəkini saxlamaq üçün çox asan üsuldur
Похудение

Limon pəhrizi – ehtiyatlı olmaq lazımdır
Похудение

Американские горки

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up