Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
02 Июня 2014

Saz alətinin müşayiəti ilə diskoteka mahnıları və mini yubkalı qızların avropasayağı rəqsləri: biyabırçılıq :(

Artıq gənc ifaçılar qədim milli alətlərimizi sözün əsl mənasında ələ salırlar. Kanalların birində bir saz ifaçısı (adı deyəsən Aqşin idi, soyadını bilmədim) sazda “Money-money” və başqa əcnəbi musiqilərini çalır və bunu yeni stil adlandırır. Ətrafında da mini yubkalı qızlar avropasayağı hərəkətlərlə rəqs edirlər.

Mən şəxsən bunu yeni stil yox, biyabırçılıq adlandırardım. Diskoteka musiqilərini ifa etmək üçün az müasir alətlər var? Yox, siz artıq qədim milli alətlərə əl atmısınız. Özünüz milli dəyərlərimizi ucuzlaşdırırsınız, sonra da bədhaq ermənilər bizim dəyərlərimizi, alətlərimizi öz adlarına yazanda deyirsiniz ki, yenə də bizdən oğurladılar. Sizin kimi musiqiçilər Azərbaycan mədəniyyətinə yox, öz cibinizə xidmət edirsiniz, yeni qazanc yolları axtarırsınız. Yəqin ki, saz alətində diskoteka mahnılarını ifa edəndə toylara daha çox sifarişlər qəbul edəcəksiniz.

Buna oxşar hadisə artıq bir dəfə də baş vermişdi. Saz ifası altında rəqqasələrdən biri oriental rəqs oynamışdı. Təəssüflər olsun ki, bəzi gənclər pis örnəkləri daha tez mənimsəyirlər. Tanınmış, yaşlı saz ustalarımız bu biyabırçılıqlara son qoymaq sizə düşər!

  2196   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up