Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
27 Мая 2014

Ingilis duzu ilə bağırsaqları ayda bir dəfə təmizləmək üsulunun əla effekti var

Orqanizmin sağlamlığı bu dünyada hər şeydən vacibdir. Yediyimiz qidaların keyfiyyəti heç də yaxşı olmadığından xəstəliklər baş alıb getməkdədir. Hərdən olur ki, özümü dəhşətli dərəcədə ağır hiss edirəm. Sanki bədənimdə nə isə artıq bir şeylər qalıb, bundan şikayətləndiyim zaman bibimin qızı mənə effektiv və sağlam bir üsul təklif etdi. İngilis duzu ilə bağırsaqlarımız ayda bir dəfə təmizləməyimi məsləhət gördü.

Düzü bu duz haqqında eşitsəm də dəqiq nəyə xeyri olduğunu bilmirdim. Aptekdən bir paket ingilis duzu yəni magnezium duzu aldım. Bu paketi bir litr adi suda həll etdim və gün ərzində sadəcə bu suyu qəbul etdim.

Düzdür suyun dadı heç də yaxşı deyil, nisbətən adamın ürəyini bulandırır, dərmana oxşar dadı var. Suyu az-az olmaqla gün ərzində heç nə yemədən içdim. Bu suyu içdikdən sonra mədə, əsas da bağırsaqlar tamamilə təmizlənir.

Bunu etdikdən sonra özümü olduqca gümrah hiss etdim, sanki üzərimdən böyük bir yük qaldırıldı. Eyni üsulu heç olmasa ayda bir dəfə təkrarlamaq lazımdır.

İngilis duzu hələ qədim dövrlərdə sümük-oynaq ağrıları, əsəb və dəri xəstəliklərinin müalicəsi üçün istifadə olunub. Bu duzun orqanizm üçün xeyirləri çoxdur. Bu duzdan duş qəbul edərkən skrab kimi istifadə etmək olar, onu duş gelinə qatmaqla istifadə etdikdə dərinin zədələnməsinin qarşısını alır.

İstifadədən sonra dəridə yumşaqlıq hiss olunur. Bu duz stress əsl düşməni imiş, yorğun və ağır iş günündən sonra suya bu duzdan qataraq vanna qəbul etmək stressi, yorğunluğu aradan qaldırır. Bu duzun bu qədər xeyirli olmasından mütləq bəhrələnmək lazımdır.

  14313   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Народные рецепты

Ağ tut qurusunun xeyrindən faydalanaq. Üsullar
Народные рецепты

Ballı suyu hər gün içməklə orqanizmimi xeyli təmizlədim
Народные рецепты

Palıd qabığı sayəsində dərmanlardan daha az istifadə edirəm
Народные рецепты

İydəni bu xüsusiyyətinə görə daha tez-tez istifadə edirəm
Народные рецепты

Cəfəri kokteyli əsl möcüzədir – həm sağlamlığınız, həm də gözəlliyiniz üçün...
Народные рецепты

Təbii qaysı yağının ev şəraitində hazırlanma resepti
Народные рецепты

Adaçayının xeyri bildiyimizdən daha çox imiş
Народные рецепты

Bel ağrısını azaltma üçün istifadə etdiyim sadə üsul
Народные рецепты

Sümük və oynaqlara xeyri olan sadə və dadlı resepti sizinlə paylaşmaq istərdim
Народные рецепты

Qış mövsümündə infeksion xəstəliklərdən qorunmaq üçün sadə resept
Народные рецепты

Народные рецепты

  Положительных отзывов: 26

  Отрицательных отзывов: 0

Рекомендованные Народные рецепты


Xalq təbabətinin reseptləri
Народные рецепты


up