Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
23 Мая 2014

Yumurtanın qabığı kalsium mənbəyidir – onu atmayın

Yumurta mətbəximizin əvəzolunmaz qidasıdır. Bəs yumurtadan necə istifadə edirik? Adi qaydada qabığını sındırıb, sarısını və ağını istifadə edirik. Bəs qabığı? Onu isə atırıq. Amma nahaq yerə. Bilsəniz ki, yumurtanın qabığı nə qədər faydalıdır, onda onu atmarsınız.

Yumurta qabığının tərkibində 27 sayda insana lazım olan elementlər vardır: dəmir, ftor, kalsium, mis və s. Yumurta qabığının tərkibi heç də dişlərin, sümüklərin tərkibindən fərqlənmir. Çox vaxt həkimlər uşaqlara da, böyüklərə də kalsium tərkibli dərmanalar yazırlar.

Düzdür, onları almaq da olar. Amma hazır kalsium ilə zəngin olan yumurta qabığını isə atırıq. Halbuki onu da qəbul etmək olar.

Bunun üçün əvvəlcə yumurtanı yaxşıca, sabunla təmiz yuyuruq, sındırandan sonra qabığın üzərindəki nazik pərdəni çıxarırırıq və yenə də suda saxlayırıq.

Sonra qabığı 5 dəqiqə qaynanmış suya qoyub, çıxarıb, quruduruq. Qurumuş qabıqları toz vəziyyətinə gəlincə həvəndəstə ilə əzirik.

Hər səhər yeməyində, kəsmiklə və ya sıyıq ilə bir çimdik qəbul edirik. İldə 2 dəfə 15-20 gün bu cür təbii qidalansaq, aptekdən tam tərkibini bilmədiyimiz kalsium tərkibli dərmanlar almağa ehtiyac qalmaz. Mən bu qaydaya riayət edirəm və sizə də məsləhət görürəm.

  4024   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Народные рецепты

Ağ tut qurusunun xeyrindən faydalanaq. Üsullar
Народные рецепты

Ballı suyu hər gün içməklə orqanizmimi xeyli təmizlədim
Народные рецепты

Palıd qabığı sayəsində dərmanlardan daha az istifadə edirəm
Народные рецепты

İydəni bu xüsusiyyətinə görə daha tez-tez istifadə edirəm
Народные рецепты

Cəfəri kokteyli əsl möcüzədir – həm sağlamlığınız, həm də gözəlliyiniz üçün...
Народные рецепты

Təbii qaysı yağının ev şəraitində hazırlanma resepti
Народные рецепты

Adaçayının xeyri bildiyimizdən daha çox imiş
Народные рецепты

Bel ağrısını azaltma üçün istifadə etdiyim sadə üsul
Народные рецепты

Sümük və oynaqlara xeyri olan sadə və dadlı resepti sizinlə paylaşmaq istərdim
Народные рецепты

Qış mövsümündə infeksion xəstəliklərdən qorunmaq üçün sadə resept
Народные рецепты

Народные рецепты

  Положительных отзывов: 26

  Отрицательных отзывов: 0

Рекомендованные Народные рецепты


Xalq təbabətinin reseptləri
Народные рецепты


up