Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
21 Мая 2014

Müəllimlər artıq and içəcəklər! Həkimlər çoxdan and içirlər, nə olsun ki?!

Azərbaycanda işə qəbul olunacaq müəllimlərin and içəcəyi haqqında xəbər oxudum. Bununla təhsildə müsbət dəyişikliklər olacağına inanmıram. Gənc həkimlər də and içirlər. Nə olsun ki??? Əgər Sovet dövründə ancaq həkimlərə and içdirilirdisə, indiki kapitalizmdə müəllimlərin and içməyinin nə mənası var?!

Görəsən and içmə mərasimlərinin keçirilməsi nə cür planlaşdırılır? Düşünürəm ki, bunların hamısı boş şeylərdir. Sadəcə kağız parçasında qalacaq sözlər!!! Bir müddət təntənəli şəkildə keçirəcəklər, sonra da adiləşəcək və şablona çevriləcək.

Mənim anam da Sovet dövründə Azərbaycan Tibb Universitetini bitirib. O, qrup starostası olub. Anam danışır ki, digər tələbələr kimi o da axırıncı kursda həyəcanla Hipokrat andı içməyini gözləyirdi. Amma bir gün dekanatlıqda ona qrupun tələbələrinin sayı qədər vərəqlər verildi. Bu vərəqlərdə Hipokrat andı yazılmışdı. Uşaqlar sadəcə vərəqlərə imza çəkərək, dekanatlığa qaytardılar. Vəssalam! Bu da oldu həkimlərin Hipokrata andı içməsi.

Amma əslində onlar bu anı başqa cür, daha həyəcanla, məsuliyyətlə gözləyirdilər. Bundan sonra müəllimlər də and içəcək. Amma bunlar hamısı boş şeydir. Əsas and içmək yox, əsas vicdandır – istər həkimdə, istərsə də müəllimdə!

  2078   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up