Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Sevinc Musayeva
19 Мая 2014

Qız qalasında edilən yeniliklər təqdirəlayiqdir

Hər bir ölkənin böyük və ya kiçik olmasından asılı olmayaraq hər hansı bir simvolu olur. Fransanın əsas simvolu kimi Eyfel qülləsi götürüldüyü kimi bizdə də Qız qalası belə simvollardandır. Tarixi hələ XI əsrə gedib söykənən bu qədim memarlıq abidəsinin maraqlı tarixi var. Bu haqda müxtəlif əfsanələr var.

Ötən şənbə günü yəni mayın 17-i 18 may tarixinin beynəlxalq muzey günü olması ilə əlaqədar axşam saat 7dən gecə saat 1ə qədər Şirvanşahlar sarayında və Qız qalasında açıq qapı günü idi. Bizdə rəfiqələrimlə bu fürsətdən faydalandıq.

Qız qalasına 2009-cu ildə getdiyim idi. Həmin vaxtdan sonra orada dəyişikliklər edildiyi barəsində eşitmişdim. Bayır görünüşü eyni olsa da içəridə müasirliklə qədimilik vəhdətdədir. Hər mərtəbədə maraqlı dizaynlar qurulub. Qədim əşyalar xüsusi şüşələrdə yerləşdirilib.

Bundan başqa digər tarixi yerlər barəsində məlumatlar olan monitorlar quraşdırılıb. ən çox bəyəndiyim isə elektron kitablar idi. Bu kitabların birində Qız qalası barədə olan bütün əfsanələr həm Azərbaycan, həm də ingilis dillərində dərc olunub. Kitabın vərəqləri sensorludur.

Maraqlı guşələrdən biri də bütün şəhərin kiçik formada arxitektik quruluşu idi. Bütün bu yeniliklər heç də Qız qalasının qədimilik və tarixiliyinə xələl gətirmir. Turistlərin tariximiz barəsində ətraflı şəkildə öyrənmələri üçün əla vasitədir.

Bundan başqa qalanın sonuncu mərtəbəsində şüşə hasarın çəkilməsi olduqca təqdirəlayiqdir, təhlükələrdən qorumuş olur. Qız qalasındakı bu dəyişiklikləri görməyə dəyər.

  1819   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Достопримечательности

Аквапарк Siam Park - один из лучших парков Испании
Достопримечательности

Основанная достопримечательность Нариты – Храм Naritasan Shinshō-ji
Достопримечательности

Мирайкан в Токио - мир будущего
Достопримечательности

Нанта шоу в Южной Корее - обязательно к посещению!
Достопримечательности

Магия кувшинок Клода Моне в Музее Оранжери в Париже
Достопримечательности

Квартал Маре в Париже - место, где нужно жить!
Достопримечательности

Лувр нужно посетить хотя бы раз в жизни!
Достопримечательности

"Цистерна Базилик" в Стамбуле - удивительное место, которое стоит посетить
Достопримечательности

Девичья башня - после реконструкции там стало намного лучше
Достопримечательности

Девичья башня

  Положительных отзывов: 2

  Отрицательных отзывов: 0


up