Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
15 Мая 2014

Azərbaycanda yaşayan bir fransız qadının həyat hekayəsi məni çox heyrətləndirdi

Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri zamanı baş vermiş maraqlı hadisələrdən biri, onun İmişli rayonunda yaşayan, əslən fransız olan İvonna Botta ilə görüşü olub. Bu qadının həqiqətən maraqlı bir həyat hekayəsi var.

II dünya müharibəsindən sonra İvonna azərbaycanlı partizan Şəmməd Şiməmmədov ilə ailə haytaı quraraq Fransanı tərk edib, həyat yoldaşının vətəni Azərbaycanın İmişli rayonuna köçür. Bu hadisə 1947-ci ildə baş verir. O vaxt bütün SSRidə olduğu kimi Azərbaycanda da vəziyyət çox ağır idi. Onların heç yaşamağa evləri də yox idi.

1949-cu ildə İvonnanın bir övladı dünyaya gəlir, 1950-ci ildə isə Şəmməd vəfat edir. Belə ki, onun əsirlikdə olması onun səhhətinə təsirsiz ötüşmür. İvonna vətəninə - Fransaya qayıtmaq istəyir, lakin Sovet qanunları buna yol vermir. O lap qayıtsa da uşaqsız qayıda bilməzdi. Ona görə də o həyatını İmişlidə davam edir.

Ivonna bir müddət xadimə, sonra tibb bacısı işləyir. 1954-cü ildə isə Şəmmədin subay əmisi oğlu Şiməmməd Şiməmmədovla ikinci dəfə ailə qurur. İkinci nigahdan onun 6 övladı olur. Hal-hazırda isə 30 nəvə, 22 nəticə sahibidir.

İvonnanın həyatı Nik adlı fransız jurnalisti maraqlandırır və o, Fransadan İmişliyə gəlib, onunla tanış olur və söz verir ki, onun Parisdəki qohumlarını tapacaq. Həqiqətən də jurnalist öz sözünü tutur. İvonnanın əmisi uşaqlarını, qardaşının qızını tapır və onların arasında telefon əlaqəsi yaradır.

İvonna Azərbaycan dilində təmiz danışır, hətta artıq doğma Fransız dilini bir az unudub. Fransa prezidenti ilə görüşdə İvonnanın ən çox qorxduğu isə o idi ki, prezidentlə fransız dilində danışa bilməz.

Həqiqətən çox təsirli və maraqlı həyat hekayəsidir. Çox maraqlıdır, görəsən o ikinci dəfə dünyaya gəlsəydi Avropanın ən gözəl şəhərlərindən biri olan Parisi İmişliyə dəyişərdimi?! Əslində isə görünür ki, İvonna çox cəsur qadın olub. Yenicə öyrəndiyim bu məlumatı sizinlə də paylaşmaq istədim.

  2360   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up