Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Ilgar Iskandarov
30 Сентября 2013

Qurban kəsmək olduqca rahatdır. Həm ziyarət, həm qurban kəsimi

Bazar günü səhər ailəmiz mənə qurban kəsmək istədiyini bildirdi. Bunun üçü ailəmi götürüb yollandım Şüvəlanda yerləşən Mir Mövsüm Ağa ziyarətgahına.

Ziyarətgahda hər bir şərait yaradılıb. Hətta qoyunu da elə orda almaq olar. Ancaq qiyməti barədə məlumatım yoxdur. Düzü mən ordan almadım. Ziyarətgahda satıldığını bilmədiyim üçün yolüstü Bakı kəndlərinin birində yolun kənarında satılan dükandan aldım. Ziyarətgahda qurban kəsdirən çox idi. Lakin onlar bu işin öhdəsindən məharətlə gəlirdilər. Qoyunu insanlardan qəbul edib, hər kəsə bir nömrə verirlər. Qurban gətirən şəxs keçib gözləmə zalında gözləyir. Təxminən 20-30 dəqiqədən sonra nömrələri səsləndirərək növbə ilə artıq kəsilmiş və soyulmuş qurbanı təhvil verirlər.

Bunun üçüm sizdən pul istəmirlər. Bu xidmət pulsuzdur. Heç bir ödəniş etmək lazım gəlmir. Avtomobillər üçün tikilən dayanacaq, həmçinin ayaqyolu da pulsuzdur.

Bircə kəsilən qoyunu doğramırlar. İş çox olduğu üçün ancaq kəsib və soyurlar. Lakin doğratdırmaq da problem deyil. Ziyarətgahdan çıxan kimi üzü şəhər istiqamətə gedəndə yolun kənarında (sağ tərəfdə) ət kəsmək üçün yer var. Müştərilərin çox olduğunu görüb sizə qiymət oxuya bilərlər. Qiyməti daldırırlar. Ama normal qiymət 2 Azn-dır. 2 manata əti ortadan bölür, 5 manata isə xırdalayıb doğrayırlar. Bir sözlə bundan sonra artıq əti paylara bölüb paylamaq qalır sizə.

Ziyarəthagdan razıyam. Hər kəsə qurbanını orda kəsdirməyi məsləhət görürəm. Həm ziyarətiniz qəbul olar, həm qurbanınız kəsilər. Allah qurbanlarınızı qəbul etsin!

  1945   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Святые места

Мир Мовсум Ага (Шувелян)

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0

Рекомендованные Святые места


Mir Mövsüm Ağa ziyarətgahı (Şüvalan)
Святые места


up