Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
12 Мая 2014

İnsanlarımızın mədəniyyətsizliyi ucbatından bilmirsən ki, konsertəmi qulaq asasan ya qışqırıqlaramı?!

Heydər Əliyevin 91 illiyinə və Heydər Əliyev fondunun yaradılmasının isə 10 illiyinə, o cümlədən gül bayramına həsr olunmuş konsert proqramı hazırlanmışdı. Konsert Nərimanov metrosunun yanında yerləşən parkda Heydər Əliyev fondu və Azad Azərbaycan telekanalının vasitəçiliyi ilə keçirilirdi.

Maraqlı, gözəl bir səhnə qurulmuşdu. Üstəlik güllərdən ibarət maraqlı fiqurlar da düzəldilmişdi. Konsert axşam saat 9-da başladı. Əhalinin bir qismi otursa da xeyli hissəsi ayaqüstə idi. Ancaq insanlarımızın, daha doğrusu isə oğlanların və bəzi kişilərin mədəniyyətsizlikləri konsertə qulaq asmağa imkan vermirdi.

Polislər də düz qarşımızda durub elə hey qışqırırdılar, Elektrik naqili keçən kabellər ağaclara bərkidilmişdi, ancaq polislər ağaca çıxanları nə illah etsələr də düşürə bilmirdilər. Düzü onlara da yazığım gəlirdi, qışqırmaqdan bəlkə də səsləri tutulur, camaatı başa salmağa çalışırdılar ki, o kabellər təhlükəlidi, gəlin elektriklə oyun oynamayın, 2-cə addım geriyə çəkilin, ancaq oğlanlar başa düşmədilər ki, düşmədilər.

Əllərinə imkan düşən kimi dırmaşırdılar ağacların belinə, əllərində də bir telefon konserti lentə alırlar, məqsədləri də onların dili ilə desək “risovkalanmaqdır”. Qabaqda qızlar və qadınlar dayanmışdı, polisin onlarla işi yox idi, bu sarıdan onları alqışlayıram, xanımlara hörmətlə yanaşdılar. Elə eyni şeyi də oğlanlardan, kişilərdən tələb edirdilər.

Ancaq onlar da düzgün etməmişdilər, əvvəlcədən konkret sərhəd qoymalı idilər ki, insanlar o sərhədi keçməsinlər, çünki sonradan heç biri onu başa düşən deyildi. Adamın düz qulağının dibində qışqıranda necə konsertə qulaq asasan ki?!

Insanın əsəbləri dözmür, hələ bəzi səviyyəsiz oğlanlar qışqıra-qışqıra müğənniləri ələ salırdı,onlara deyən lazımdır ki, səni heç kim zorla tutub buraya gətirməyib ki, bəyənmirsən çıx get. Belə mədəniyyətsiz, səviyyəsiz, özlərini cəmiyyət içərisində apara bilməyən oğlanların hərəkətləri sadəcə geridəqalmışlıqdır. Belələrinin ucbatından adam daha konsertə getmək istəmir, axı cin atına minib qayıdırsan. Heç bilinmir kim nə oxudu, necə oxudu.

  1574   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up