Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
07 Мая 2014

Uşaqların teleserial izləməsi düzgün deyil

Son dövrlərdə ən çox tapılan belə desək teleseriallardır. Hara baxsan,hansı telekanalı açsan seriallardan bol heç nə yoxdur. Xüsusilə də türk telekanallarındakı serialları daha çox izləyirik. Ancaq maşallah özümüzünkülər də son zamanlarda bu istiqamətdə xeyli irəliləyiblər.

Heç də teleserialların əleyhinə olan biri deyiləm, həqiqətən maraqlı olanları var və özüm də izləyirəm. Bir cəhəti isə heç bəyənmirəm. Uşaqların teleserial izləməsinin tam əleyhinəyəm. Seriallarda lazım olmayan sözləri eşidən, situasiyaları görən, söyüşlərə qulaq asan uşaqların psixologiyasına belə hallar heç də normal təsir edə bilməz.

Əksinə indi hamı uşaqların balaca vaxtından daha da gözüaçıq olmasından şikayətlənir. Amma düşünmürlər ki, elə günahkar özləridir. Teleseriallar vasitəsilə hər şeyi vaxtından əvvəl öyrənən uşaqlar gördüklərini tez götürərlər, daha gözüaçıq olarlar də. Uşaqlar öz yaşlarına uyğun, vaxtında böyüsələr daha normal olar.

Bir dəfə rastlaşdığım hadisə məni belə desək şoka saldı. Evdəkilər oturub teleserial izləyirlər, haradasa 8-9 yaşı olan uşaq da var. Belə bir kadr verilir ki, kişinin həyat yoldaşının ürəyi bulanmağa başlayır, iylərə qarşı həssaslaşır, tez ayaqyoluna qaçır. Kişi də narahat olur və arvadını sorğu-suala tutur. Elə bu vaxt evdəki 8-9 yaşlı oğlan uşağı dillənir ki, “A kişi narahat olma, hamilədi”.

Bunu deyən sadəcə bir uşaqdır. Mən o yaşda məni bazardan aldıqlarına inanırdım, uşaqlar vaxtı gələndə hər şeyi öyrənəcəklər, amma daha danışmağa başlayandan yox. Uşaqlar üçün kifayət qədər digər məşğuliyyətlər tapmaq mümkündür. Özün serialı izləməlisən deyə uşağı da televizor qarşısında oturtmaq düzgün deyil!

  1763   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up