Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
06 Мая 2014

Jerar Depardiyenin Fransa telekanalında Azərbaycanı tanıtması qürurvericidir

Xəbərlərdən Fransanın tanınmış aktyorunun həm Fransada o cümlədən, digər ölkələrdə yayımlanan “Arte” telekanalında Azərbaycan haqqında “Qafqaza qayıdış” filmi nümayisi ilə ölkəmizi tanıtması barədə eşitdim.

Düzü çox qürürlandım. Fransa kimi böyük bir Avropa ölkəsində o qədər də tanınmayan ölkəmiz haqqında filmin verilməsi olduqca təqdirəlayiqdir. “Qafqaza qayıdış” filmi 54 dəqiqəlikdir.

Çox təəssüf ki, filmə baxa bilmədim, amma əvvəlinə youtube vasitəsilə qulaq asdım. “Arte” kanalının veb səhifəsində bu haqda məlumat tapdım. Qeyd olunur ki, 19-cu əsrdə Fransanın tanınmış yazıçısı Aleksandr Düma bir rəssamla birlikdə Qafqaza, o cümlədən Azərbaycana səfər edir.

Elə Jerar Depardye də Matiyo Sapənlə birlikdə Dümanın yolu ilə Azərbaycana gəlir. Paytaxtımız Bakıdan Şamaxıya, neft mədənləri olan Xəzər dənizinin sahillərindən Rusiya sərhədlərinə qədər uzanan yerlərə qədər gəlib çıxır. Burada o Azərbaycanlı dostları ilə görüşdüyünü, olduqca ləzzətli təamları daddığını qeyd edir.

Bu film tarixi zəngin olan bir ölkənin bu gününü və dünənini XIX əsr yazıçısının və XXI əsr aktyorunun gözü ilə təqdim edir. Azərbaycanımızın təbliği baxımından bu filmin çəkilməsi və telekanalda yayımlanmasına çox sevindim. İnsanı qürur dolu hisslər bürüyür. Nə qədər pis cəhətlər olsa da yaxşı cəhətlərimiz də çoxdur.

  1883   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Реклама и видеоролики

Bu video bir çox insanlar kimi məni də çox duyğulandırdı
Реклама и видеоролики

Adi süd reklamı olsa da ibrətamizdir
Реклама и видеоролики

Bu möhtəşəm musiqi layihəsinə qulaq asmağa dəyər
Реклама и видеоролики

Azərbaycanlılarımızın hər sahədə qələbələri bizi çox sevindirir
Реклама и видеоролики

Bu ailənin vəziyyəti doğrudan da acınacaqlı, ürəkağrıdıcıdır
Реклама и видеоролики

Heydər Əliyevin canlı portreti həqiqətən möhtəşəm idi
Реклама и видеоролики

Coca colanın bu reklamını çox bəyəndim
Реклама и видеоролики

Çox əla ideyadır. Kreativlik buna deyərdim
Реклама и видеоролики

"Yaşasaydım 23 yaşım ..." – biz onları unutmamalıyıq...
Реклама и видеоролики

Müqəddəs Kəbənin içini virtual ziyarət etmək istəyənlər oxusunlar
Реклама и видеоролики

Видеоролики

  Положительных отзывов: 27

  Отрицательных отзывов: 2

Рекомендованные Реклама и видеоролики


Videoroliklər
Реклама и видеоролики

Reklam
Реклама и видеоролики


up