Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
05 Мая 2014

"Şuşa musiqi kolleci"ndə tələbələrin əksəriyyəti pul hesabına “təhsil alır”

Ölkəmizin ən bəlalı yeri məhz təhsildən irəli gəlir. Nə qədər ki təhsil almaq yox, diplom almaq üçün oxuyanlar olacaqsa, heç bir əsaslı inkişafdan söz gedə bilməz. Düzdür bir çox təhsil müəssisələrində rüşvət halları var. Rüşvətin qarşısını almağa çalışsalar da, sanki insanların qanında var hər bir məsələni pul ilə həll etmək. Nəisə sözüm onda deyil...

Deməli Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Şuşa musiqi kolleci”ndə təhsil alan bir çox tələbələri tanıyıram. Onlardan eşitdiklərim heç də ürəyimcə olmadı. Orada təhsilin səviyyəsi çox-çox aşağıdır. Düzdür savadlı müəllimlər və tələbələr də var, ancaq savadsızlıq baş alıb gedir.

Bunun da əsas səbəbi məhz rüşvət və tələbələrin passivliyidir. Imtahanları özü verən çox az sayda tələbə var, hamısını pulla həll edirlər. Üstəlik rayondan gələnlər semestr ərzində əyani ola-ola müəyyən məbləğdə pul verərək həm imtahanların pulunu, həm də qayıbların pulunu həll eib, gedirlər rayona. Sonra da deyirlər ki, biz işləmək istəyirik.

Müəllimlərdən də olduqca rüşvətxor olanları var. Deməli müəllimə tələbələrin heç birinin səsini bəyənmir, deyir ki, sizin səsiniz olması üçün yanıma hazırlığa gəlməlisiniz, aya 50 manatdan. Bu nə dərəcədə düzgündür, istəsə elə bunu dərsdə də öyrədə bilər.

Başa düşürəm ki, müəllimlərin əmək haqqı kifayət etmir, ancaq rayondan gəlib burada kirayə yaşayan, bir qarnı ac, bir qarnı tox tələbədən yapışmalı deyil ki! İmtahana pul verməyən tələbəni harda gəldi tutub, yapışır xirtdəyindən ki pulu gətir.

Tələbələrin əksəriyyəti də laqeyddir, artıq 3-cü kursda olmasına baxmayaraq heç nə bilmir. Qurtardıqdan sonra da elə müəllimlərinin yolu ilə gedəcək. 9-cu sinifdən gəlib orada oxuyan tələbələrin beyninə hər şeyi pulla həll edə biləcəkləri yeridilir. Bu kollecdə ancaq pulla “təhsil alan” bir tələbədən gələcək gözələmək olmaz!

  4618   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Вузы, колледжи

Bakı İdarəetmə və Texnologiya kollecində əsl özbaşınalıq hökm sürür
Вузы, колледжи

Kooperasiya kollecində 350 manat pul ödə və imtahanlardan azad ola bilərsən!
Вузы, колледжи

Azərbaycan Dillər Universitetinin muhasibatlığının səhlənkarlığından illərdir yol pulunu belə borc alırıq
Вузы, колледжи

Шушинский музыкальный колледж

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1


up