Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
05 Мая 2014

İlin yalnız bir ayında – mayda görə biləcəyimiz gözəl lalə mənzərəsi insanda yalnız gözəl hislər oyadır

Yolumuz Şimal bölgəsinə düşmüşdü. Yol boyu gözəl mənzərə açılırdı: yaşıl məmənliklər, çiçəklənən ağaclar və s. Bəlkə də çoxları deyər ki, qabaqda hələ yay var və yay boyu bu cür mənzərə hələ çox olacaq. Amma xeyir, bu belə deyil.

Yazın rəngləri bambaşqadır. Yarpaqların yaşıllığı təmiz, açıq yaşıl, təzədir. Həqiqətən torpağın qışdan sonrakı oyanması, dirilməsi duyulur. Hələ yamyaşıl çəmənliklərəki lalələri demirəm.

Bu mənzərəni yalnız görmək lazımdır. Bir neçə dəfə özümüzü saxlaya bilməyib, maşından düşüb lalələrin arasında şəkillər çəkdirdik, gözəl təbii havanı udduq. Mən bu mənzərələri görsəm də, uşaqlar məhz təbii lalə ilə dolu çəmənlikləri birinci dəfə idi ki görürdülər. Çox bəyəndilər.

Həqiqətən aprel, may aylarında təbiətin qoynuna çıxmaq insana çox enerji verir. Çəmənlikdəki al qırmızı lalələri mən bəzənmiş, qırmızı dodaq boyası çəkmiş qızlara bənzətdim. Onlar kimi gözəl, çox incə, nazlı güllərdir.

Lalələrin maraqlı tarixçəsi də var. 1600-cü ildə Sultan Süleyman tərəfindən Hollandiya kralına göndərilən lalələr qısa zamanda həm Hollandiyada, həm də bütün Avropada böyük rəğbət qazandılar və bu günə kimi Hollandiya lalələrin yetişdirildiyi bir ölkə kimi tanınır.

Nəisə, hamıya məhz may ayının əvvələrində gözəl mənzərəli, təbiətli rayonlarımıza gedib, təbii yaşıllığı, al qırmızı lalələri görməyi məsləhət görürəm. Çünki bu mənzərəni yalnız may ayında görmək mümkündür.

  3616   2

Войдите что бы оставить комментарий

Şükran Vəliyeva
05 Мая 2014
)))

Sevinc Musayeva
05 Мая 2014
Təşəkkürlər, superdiiiii





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up