Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
30 Апреля 2014

Dünyanın ən ağır işində kimin çalışdığını bilmək istəyirsiz?

Bir videonu izlədim və məndə inanılmaz təəssüratlar oyatdı. Deməli yalançı bir iş elanı hazırlanır və həm internetdə, həm də qəzetlərdə yayımlanır. İş elanına görə müraciət edənlərlə skype vasitəsilə iş görüşməsi keçirilir.

Iş görüşməsində bir nəfər şəxs iş haqqında müraciət edənlərə məlumat verir. Həmin işin heç də adi bir iş olmadığını, dünyanın ən çətin işlərindən biri olduğunu deyir. Işçinin vəzifələri və məsuliyyəti olduqca geniş miqyaslıdır. Işçidən çevik çalışması, vəzifəsindən irəli gələrək çox zamanlarda ayaqüstə işləməsi, bu səbəbdən də dayanıqlı və enerjili olması tələb olunur. İş saatına gəldikdə isə bu 365 gün, 24 saatdır. Heç bir fasilə də yoxdur.

Əzcazçılıq, maliyyə və kulinariya üzrə olduqca qabiliyyətli biri tələb olunur. Bəzən iş yoldaşınızla bütün gecə boyunca işləmək məcburiyyətində qala bilərsiniz. Yaşadığınız həyatdan imtina edib yeni bir yaşama başlamalısınız. Rəsmi olaraq heç bir məzuniyyət haqqınız da olmayacaq, hələ üstəlik bayram günlərində ikiqat işləməli olacaqsınız.

Iş yoldaşınızla aranızda guyğusal bir bağlantı yaranacaq. Bundan başqa bu iş üçün heç bir əmək haqqı da verilmir. İş üçün müraciət edənlərin heç biri qəbul etmədikdə bu işdə hal-hazırda işləyənlərin oduğu deyilir.

Analar! Bəli həmişə, hər an hər əziyyətimizə qatlaşan analarımız. Videonu izlədikdən sonra doğrudan da analarımızın işinin dünyanın ən ağır işi olduğunu daha da dərindən dərk etdim.

  1636   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Реклама и видеоролики

Bu video bir çox insanlar kimi məni də çox duyğulandırdı
Реклама и видеоролики

Adi süd reklamı olsa da ibrətamizdir
Реклама и видеоролики

Bu möhtəşəm musiqi layihəsinə qulaq asmağa dəyər
Реклама и видеоролики

Azərbaycanlılarımızın hər sahədə qələbələri bizi çox sevindirir
Реклама и видеоролики

Bu ailənin vəziyyəti doğrudan da acınacaqlı, ürəkağrıdıcıdır
Реклама и видеоролики

Heydər Əliyevin canlı portreti həqiqətən möhtəşəm idi
Реклама и видеоролики

Coca colanın bu reklamını çox bəyəndim
Реклама и видеоролики

Çox əla ideyadır. Kreativlik buna deyərdim
Реклама и видеоролики

"Yaşasaydım 23 yaşım ..." – biz onları unutmamalıyıq...
Реклама и видеоролики

Müqəddəs Kəbənin içini virtual ziyarət etmək istəyənlər oxusunlar
Реклама и видеоролики

Видеоролики

  Положительных отзывов: 27

  Отрицательных отзывов: 2

Рекомендованные Реклама и видеоролики


Videoroliklər
Реклама и видеоролики

Reklam
Реклама и видеоролики


up