Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
25 Апреля 2014

Besmart.az saytındakı bəzi yalançı “endirim” aksiyalarından çox narazıyam

Besmart.az saytını çox bəyənirəm. Bu saytın bütün aksiyalarını, endirimlərini demək olar ki, hər gün izləyirəm. Hardasa 13-15 dəfə də saytın endirim kapmaniyalarından faydalanmışam.

Amma orada öz elanlarını qoyan bəzi müəssisələrin endirim aksiyalarından isə çox narazıyam. Çünki besmart.az saytının çox baxımlı olduğunu bilib, yalandan guya ki, endirimlər edirlər. Bu halla xüsusilə xanımlar üçün epilyasiya, qulluq, baxım bölmələrində rastlaşmışam.

Həmişə kosmetik prosedurlara getdiyimdən artıq salonlardakı, klinikalardakı qiymətləri bilirəm. Amma saytda arada elə elanlar olur ki, adamın lap gülməyi gəlir. Başı çıxmayan xanımlar da 70% endirim sözlərini görüb, bu elanlara aldanırlar.

Misal üçün elə təzəlikcə besmart.az saytında yeni elan gördüm: epilyasiya üçün 80% endirim. Deməli, guyaki bu salonda adi vaxtı bütün qolu 100 manata epilyasiya edirdilərsə, indi 30 manata edirlər. Axı mən Bakının çox gözəllik salonlarında olmuşam, amma 100 manata epilyasiya indi hansı salonda edirlər axı?

Düzdür, əvvəllər tək üzü də 100 manata epilyasiya edən salonlar var idi (özüm də getmişəm). Amma o 5-6 il bundan qabaq belə idi. Çünki onda epilyasiya aparatları Bakıya təzə gətirilirdi. İndi isə heç şəhərin ən bahalı salonları belə 100 manata qolları epilyasiya etmirlər.

Aparatın yeni olmağını da bəhanə etmək lazım deyil. İndi çox salonda yeni aparatlardan istifadə olunur, hətta gedib maraqlanmaq da olar. 30-40 manat isə elə endirimsiz demək olar ki, çox salonda təklif olunan qiymətdir.

Nəisə, bu hər halda saytın günahı deyil. Çünki besmart.az saytının məqsədi və işi endirim aksiyaları keçirən və onlara müraciət edən müəssisələrin elanlarını saytda yerləşdirməkdir. Saytda real endirimlər həqiqətən olur, amma bəzi müəssisələr isə tamamilə gülməli endirim aksiyaları keçirdirlər. Ona görə saytlardakı endirim aksiyalarından yararlanmamışdan qabaq şəhərdəki başqa salonlardakı qiymətlərlə maraqlanmaq lazımdır.

  2878   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Сайты

gojob.az - sayt özü çox sadədir və ən əsası iş elanları hər gün yenilənir
Сайты

Roboclean.de - saytın qeyri-peşakar yaradılması bəzi şübhələrə götürür
Сайты

Analar.az – həm rəngarəng, həm də məlumatlarla zəngin sayt
Сайты

Disput.az-ın yenilənmiş versiyası normal işləmir və bir sıra "qlyuklar" var
Сайты

Təşəkkür edirəm sizə satin.az
Сайты

Saytlarımız bu kimi detallara fikir verməlidir
Сайты

5 уроков по стилю - Рекомендую супер рассылку!
Сайты

Онлайн обучение на Mentiq.az - результаты превзошли мои ожидания
Сайты

Disput.az vasitəsilə sifariş verdiyim əl-üz dəsmallarını çox bəyəndim
Сайты

Fotoshkola.net - Для всех любителей фотографировать рекомендую эту онлайн-фотошколу
Сайты

BeSmart.az
Сайты

BeSmart.az

  Положительных отзывов: 3

  Отрицательных отзывов: 3


up