Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
21 Апреля 2014

Şəhərimizin küçələrindəki kanalizasiya qoxusundan təngə gəldik!

Böyük şəhərlərin özləri kimi problemləri də böyük olur, biri həll olunmamış o birisi ortaya çıxır. Ancaq ən böyük problemlərdən biri havasızlıqdır. Btün xəstəliklərin ən başlıca səbəblərindən biri də məhz təmiz havanın olmamasıdır. Bütün gün işdə və yaxud da 4 divar arxasında oturaraq keçirirsən və pəncərəni açırsan ki, guya içərinin havası dəyişsin, amma içəriyə tozdan başqa bir şey gəlmir.

Hava o qədər ağırdır ki, insan nəfəs almaq belə istəmir. Bu havasızlığın arasında bir də kanalizasiya qoxusunun gəlməsi adamı lap hövsələdən çıxardır. Istəyirsən ki, ağzını, burnunu bağlayasan ki, nə hava gəlsin nə də iyrənc qoxular. Heç küçədən keçməyi demirəm.

Dünən marşrutda gedərkən, 32 nömrəli marşrutun yolunda yəni 28 may metrosundan Neftçilər metrosu istiqamətdə elə dəhşətli kanalizasiya qoxusu gəlirdi ki, adamın lap ürəyi bulanırdı. Pəncərələr açıq olduğundan qoxu hədsiz dərəcədə hiss olunurdu.

Belə vəziyyət tək bu istiqamətdə deyil, başqa yerlərdə adi keçədən keçəndə də bu qoxuları duymaq olar. Kanalizasiya yerlərində açıq sahələrin olması, xüsusilə də isti günlərdə oradan gələn qoxu insanın necə deyərlər lap başını çatladır. Belə çıxır ki, burunumuzu tutub getməliyik küçələrdən. Ancaq nə vaxta kimi?!

Şəhərimizin təmizliyi biz sakinlərin əlindədir, ancaq bu kanlizasiya borularına nəzarət olunmalıdır. Elə dəhşətli qoxu onsuzda çirkli ooolan haaavaaanı daha da çirkləndirir və biz də o havanı ciyərlərimizə çəkirik. Ümid edirəm ki, bu hallara nəzarət güclənər.

  1986   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up