Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
15 Апреля 2014

Türkiyənin “Survivor”una baxmağa dəyər

“Survivor” verilişini Türkiyənin Star TV kanalında ara-bir izləyirəm. Hal-hazırda iki komanda arasında qızğın mübarizə gedir. Bunlar “Gönüllüler” və “Ünlüler” komandalarıdır. İştirakçıların hər günü həm maraqlı, həm də həyəcanlıdır. Yarışmanın keçirildiyi adanın təbiətinə isə söz ola bilməz.

İnsanın bu mənzərələri seyr etməsi belə gözü və ürəyi rahatlandırır. Sakit, tər-təmiz okean suları, vəhşi meşə və bu şəraitdə yaşamaq, yeməyə nə isə tapa bilmək, sonra da gecə açıq havada, qurd-quş arasında yuxuya gedib dincəlmək – bunları seyr etmək çox maraqlıdır. 

Əslində həm maraqlı, həm də stresli həyatdır. Verilişə baxdıqca insan özü-özünə sual verir: Görəsən mən bu cür şəraitdə qala bilərəm?

İştirakçıların arasında “Ünlüler”in komandasında Tolqa Korel çıxış edir. O model Günay Musayeva ilə evlidir və bir oğlu var. Əslində Tolqa Koreli türk serialından tanımışdım və ona qarşı münasibətim neytral idi. Lakin “Survivor” verilişində oyun vaxtı o komandasına əhəmiyyətli xal qazandıranda dizlərini yerə qoyaraq sevincini “Azərbaycan” kəlməsi ilə ifadə etməsi və daha sonra komandasında 9-cu xalı qazandıran Tolqa Korelin yoldaşları ilə söhbətdə bir daha Azərbaycanın adını çəkməsi və bu qabiliyyəti oğlu Cahangirə və Azərbaycana həsr etdiyini vurğulaması – “Oğlum Cahangir üçün, Azərbaycan üçün, qardaş ölkə üçün” deməsi məndə bu aktyora qaşı hörmət yaratdı.

Ümumiyyətcə isə bu oyunu çox maraqla izləyirəm. Həqiqətən baxmağa dəyər.

  2241   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Телевизионные программы

"Survivor" proqramını böyük maraq və həyəcanla seyr edirik
Телевизионные программы

"YARIMada" verilişi - Milli Televiziya və Radio Şurası hara baxır?
Телевизионные программы

Vüsalə xanımın aparıcılığı ilə "Qadına görə" verilişini izləməyi xüsusilə toya hazırlaşan xanımlara məsləhət görürəm
Телевизионные программы

Həqiqətə uyğun olmayan video və xəbərləri televiziya kanallarında göstərməklə nə qazanırsınız?
Телевизионные программы

Yeni formatda yayımlanan "Ben bilmem eşim bilir" verilişi insanları insanlıqdan çıxararaq şeytanlaşdırır
Телевизионные программы

"Big brother Türkiye" – super realiti şoudur. Gokçen, İdil, Arsel, yarışmanı sizlərdən birinin udmasını çox istəyirik
Телевизионные программы

"Big brother Türkiye" layihəsi gözlədiyim kimi maraqlı olmadı
Телевизионные программы

Turabinin "Survivor All Star"da 10 ilin çempionu olmasına çox sevindik
Телевизионные программы

"Пусть говорят" verilişində "Sən gəlməz oldun" musiqisinin səsləndirilməsi gözlənilməz və xoş oldu
Телевизионные программы

Xəzər TV-də yayımlanan "Addım-addım" verilişi insanı xəyalən təbiətin qoynuna aparır
Телевизионные программы

Survivor

  Положительных отзывов: 4

  Отрицательных отзывов: 0


up