Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Ilgar Iskandarov
27 Сентября 2013

O məni qucaqlayan, sevgiylə ovsunlayan gözəl Bakı gecələri

Həyat belə qurulub ki, insanlar gündüzlər oyaq qalıb, gecələr yatırlar. Gecə yatıb dincəlmək, bədənə istirahət vermək lazımdır.

Ancaq bəzi insanlar var ki, onlar bəzən gecələr yatmır. Ya yatmaq istəmir, ya da yata bilmir. Yatmayanların hərəsi isə o gecəni bir cür keçirir.

Mən də belələrindənəm. Yatmaq istəməyənlərdən. Həyat çox qısadır və mən onu yataraq keçirmək istəmirəm. Bunun üçün bəzən gecələr yatmıram. O gecələri fərqli tərzdə keçirirəm. Ya Bakını tərk edib rayonlara gedib, səhər iş başlayana kimi şəhərə qayıdıram, yaxud da Bakı gecələri ilə görüşmək üçün gecə gəzintisinə çıxıram

Bakı gecələr tamam başqadır. Olduqca gözəl, mehriban və sakitdir. Şəhərin mərkəzi küçələrini gəzib, onun işıqlar altında parıldayan gözəlliyinə heyranam. Tez-tez gecə gəzintilərinə yollanıram. Soruşa bilərsinizi ki, bəs bundan bezmirsənmi ? - Cavab verirəm. Yox, bezmirəm. Və nəinki bezmirəm. Əksinə, bundan doymuram

O gecələr həzin, nəğməlidir elə bil. O romantik gecələr bəzən sanki mənimlə danışır, mənə qulaq asır, məni qucaqlayıb bağrına basır. Biz onunla bütün gecə danışırıq. Vaxtın necə keçdiyini heç hiss etmirəm. Şəhərin gözəlliyinə baxıb, onunla "söhbətləşəndən" sonra bir də görürəm ki, səhərə yaxındır və o gecə ilə yenidən görüşmək ümidi ilə sağollaşıram.

Bakı gecələri haqda sizə qısaca öz fikirlərimi izah etdim. Heç olmasa bir dəfə gecə şəhər gəzintisinə yollanın. Tələsmədən. Bir neçə saatınızı bu gecəyə sərf edin və ətrafa diqqətlə baxın. Gecələrimizin necə gözəl və sakit olduğunu özünüz görün.

  2220   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up