Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
10 Апреля 2014

Vüsal Nurunun "999" əsəri - fantastika, qorxu və olduqca maraqlı hadisələr

Azərbaycan ədəbiyyatının müasir dövr yazıçılarının hamısına bir o qədər də bələd deyiləm. Ancaq aralarında bəzilərinin əsərlərini oxumuşam. Müasir dövr yazıçılarının tənqidini tez-tez eşidirik. Bir vaxtlar yaranan möhtəşəm əsərlərin bu gün niyə yazılmadğı sualı meydana çıxır. Ancaq mən belə düşünmürəm. Hal-hazırda da olduqca maraqlı əsərlər yazan, kreativ ideyaları olan yazışılarımız var.

Bu yaxınlarda elektron kitab axtarışında olarkən Vüsal Nurunun “999” əsəri ilə qarşılaşdım. Düzü ilk növbədə əsrin adı mənə çox çəkici gəldi. Elekron versiyasını telefona yüklədim. Ilk təəssüratım çox yaxşı oldu. Elə oxumağa başlayanda dedim ki, bu əsl mənim əsərimdir. Əsər qorxu, triller janrında qələmə alınmış qotik ədəbiyyat nümunəsidir.

Burada müxtəlif həyatlar haqqında yazılıb. Əsər qara maqiya, vampir qadınlar, ruhlar, ölülər aləmi və s. bəhs edir. Düzdür fantastik hadisələr kifayət qədər çoxdur. Ancaq bəzi reallıqlar bütün çılpaqlığı ilə əks olunub. Kişilərin qadınları bir heç sayması, onları özlərinin qulu olaraq görməsi kim məqamlar işıqlandırılıb. Burada qadın hüquqsuzluğu, qadınlara qarşı zorakılıqlar, xəyanətə qarşpı etiraz var. Qadınları alçaldan, kölə hesab edən kişilərin aqibəti ölüm olur, cəzalarına çatırlar.

Əsər fantastik olduğu qədər də maraqlıdır. Məsələn, ailəsi intihar etmiş qızlarının meyidini morqdan gətirilməsini tələb etsələr də rəsi qıza görə, yəni daha doğrusun qızın meyidinə görə 500 manat istəyir. Hələ alçaqcasına deyir ki, “300 özü edir, 200 də qarnındakı”.

Inanıram ki, cəmiyyətimizdə belə vicdansızlar, təəssüflər olsun ki, çoxdur. Gecə yuxusunu qarışdıranlar, psixoloji cəhətdən zəif olanlara məsləhət görmürəm. Ancaq ümumilikdə çox yaxşı əsərdir, tövsiyyə edirəm.

  3181   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Книги

Elxan Elatlının "Məhəbbətin gizli kodu" romanı oxucuyu öz əsrinə alır
Книги

"Поющие в терновнике" - роман о любви и вере, кто не читал обезательно прочтите
Книги

Ə.M.Talıbovun sürücülük vəsiqəsi almaq üçün nəzərdə tutulmuş bu 2 dərs vəsaitini tam oxumusunuzsa test imtahanından keçmisiniz :)
Книги

"Портрет Дориана Грея" - классика актуальна всегда
Книги

На досуге разгадывать кроссворды очень полезно как детям, так и взрослым
Книги

"Üç aylıq mənəvi səfər" – bu kitab hər bir müsəlmanın bələdçisi ola bilər
Книги

"Учим цифры" - книжка для детей, к сожаленью, учит только 5 цифр – покупать не стоит
Книги

"Əlamətdar və tarixi günlər təqvimi" zəngin məlumatlarına görə təqdirəlayiq bir işdir
Книги

Книга с макетом динозавра порадует детишек, которые увлекаются этой темой
Книги

Книга "Завещание чудака" - почувствуй себя наблюдателем захватывающей игры
Книги

999 - Вюсал Нуру

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up