Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
09 Апреля 2014

Su saflıq və sağlamlıqdır, ancaq kran suyunun "sayəsində" ömrümüz qısalır!

Dünyanın yaranmasında ta qədimdən əsasən 4 ünsürün adı çəkilib: su, od, torpaq, yel. Susuz heç bir canlı orqanizmin yaşaya bilməməsinin mümkünsüzlüyü hamıya məlumdur. Hər gün litrlərlə su sərfiyyatı edirik. Bu sudan həm yeməklərdə həm də adi vaxtda qəbul edirik. Ancaq içdiyimiz su nə qədər təmizdir?!

Daima Avropa ölkələrini özümüzə nümunə götürürük, ancaq orada məhz suyun təmizliyinə daha çox önəm verilir. Adi bir misal götürək ki, orada krandan gələn suyu heç bir süzgəcdən keçirmədən və ya qaynatmadan içmək mümknüdür.

Indi Bakıda heç bir ailədə krandan gələn su içilmir, çünki sudan xlor dadı gəlir. Mən özüm də heç vaxt içə bilmirəm, təsadüfən içsəm belə ürəyim bulanır. Axı nə vaxta qədər çiy su içmək üçün və ya rahatlıqla istifadə üçün süzgəclərdən istifadə etməliyik?!

Milli Məclisdə kabab üçün şişlərin Azərbaycanda istehsal olunmamasını qlobal problem kimi Məclisin gündəliyində qaldıran deputatımızın ağlına belə vacib məsələ niyə gəlmir görəsən?

Bir dəfə xarici bir qonaqla ünsiyyətdə olarkən, onun dediyi bir cümlə yaddaşıma həkk olundu və mənə bizdə olan keyfiyyət meyyarını bütün açıqlığı ilə göstərmiş oldu. Demişdiki bir ölkədə keyfiyyətin hansı dərəcədə olması krandan gələn suyun təmizliyi ilə ölçülür.

Suyun təmiz olmamasını ən çox da bölgələrimizə üz tutanda lap açıq şəkildə hiss edir adam. Orada bulaqlardan gələn suyun təmizliyi şəhərdə yaşayan adam üçün bir növ dərmandır. Suyu qaynadanda həddindən artıq ərp də yaranır. Təmiz su içmək istəyən yalnız marketlərdən qablaşdırılmış şəkildə almalıdır.

Indi hər birimiz xəstəliklərin baş alıb getməsindən gileylənirik. Elə suyun keyfiyyətsiz olması da orqanizmdə zəifliyə gətirib çıxarır, su balansımızı tənzimləmək əvəzinə daha da korlayır. Bir sözlə ömürümüzü qısaldan bir səbəb də suyun keyfiyyətsizliyidir.

  1754   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up