Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
08 Апреля 2014

Deputatların işi insanların həyat şəraitini yaxşılaşdırmaqdır, daha əllərindən hər şeylərini almaq yox!

Saytların birində deputatlarımızın birinin fikirləri və təklifləri ilə tanış olanda çox təəccübləndim. Həmin deputat Bakını çirkli şəhər adlandırmış, atmosferə buraxılan tullantıların həcminin artmasının əsas səbəbi kimi köhnə avtomobillərin olmasını söyləmişdir.

Deputat ekologiyanı düzəltməyin çıxış yolunu köhnə avtomobillərin müsadirə olunmasında və Avro-4 standartına uyğun avtomobillər alınması üçün vətəndaşlara güzəştli kreditlər verilməyində görür.

Deputatların bu cür təkliflərini eşidəndə düşünürsən ki, bu deputatlar xalqın deputatlarıdır, yoxsa müəyyən təbəqəyə aid insanların deputatlarıdır?! Onların məqsədi insanların maraqlarını təmsil etmək yox, nəyin bahasına olursa olsun Azərbaycanın Avropaya inteqrasiya edilməsidir.

Deputatın bir fikri ilə razıyam ki, Avro-4 standartlarına keçidi uğurla həyata keçirmək mümkün olmayacaq. Çünki bunun üçün obyektiv və subyektiv şərait olmalıdır, daha zorla da olsa Avro-4 standaratlarına uyğun olmaq yox.

Hörmətli deputatlar, avtomobilləri müsadirə yox, insanların həyat imkanlarını yaxşılaşdırmaq lazımdır ki, insanların imkanı olsun gedib təzə Avro-4-ə uyğun maşınlar alsın (hər halda hər kəs yeni maşın sahibi olmaq istəyər). Güzəştli kreditlər təklif edirsiz, amma halbuki maşın kreditlərini ləğv etmisiniz.

Kredit verirsinizsə elə insanlara söz verdiyiniz ipotekanı verində! İnsanlar öz güzəranlarını düzəltmək üçün yeni gözəştli ipoteka şərtlərini gözləyirlər. Amma yox, deputatlar axı sadə insanları fikirləşmirlər, onlar sadəcə yuxarı təbəqə üçün çalışırlar.

Deputatların dərdi – köhnə avtomobilləri utilizasiya etmək üçün poliqonlar yaratmaqdır. “Sövetski”ni “utilizasiya” etdiniz, metrodakı obyektləri “utilizasiya” etdiniz, indi də camaatın əlindən köhnə maşınları da almaq istəyirsiniz? Camaatın güzəranı sizi maraqlandırmır. Əsas Avropaya, Avro-4-ə uyğun olmaqdır.

  2695   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up