Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
07 Апреля 2014

Günümüzün həqiqəti - işə düzəlmək üçün “tapş” lazımdır

ANS telekanalının “Adam içində” verilişinin həftənin bir gününü insanları işə düzəltməyə kömək etməsi təqdirə layiqdir. Düzdür, bu işsizlik problemini həll etməsə də, ən azından bu problemin müzakirəyə çıxarılması və heç olmasa bir neçə nəfərin əlinin çörəyə çatdırılması savab işdir.

Sadəcə olaraq verilişin ekspertlərindən xahiş edərdim ki, həqiqəti söyləsinlər, hər şeyi çəhrayı rəngdə göstərməyə AzTV və İctimai televiziya kanallarımız onsuzda var. ANS telekanalında isə həqiqəti eşitməyə alışmışıq və istərdik ki, bu həmişə belə davam etsin.

Orta təhsilli insanların iş tapmaqları nisbətən asandır. Amma ali savadlılar üçün bu əsl problemdir. Mən verilişdəki ekspertlərdən birinin sözü ilə tam razıyam ki, bizim ölkədə çox vaxt nə savada, nə də qabiliyyətə baxan yoxdur. Bu vəziyyətdə heç pul da kömək etmir, əsas tanışlıqdır. Tanışın yaxşı yerdə işləyirsə, sən də işlə təmin ola bilərsən.

CV göndərmək də bəxtəbəxtdir. Yəni sırf CV-dəki əla göstəricilərə baxan yoxdur. Olsa da, yenə deyirəm sadəcə bəxtəbəxtdir. Qohumlardan, tanışlardan o qədər CV göndərənlər var ki, amma onlara heç baxan da yoxdur. Hətta CV göndərdiyin müəssisədə belə tanış olmalıdır ki, göndərdiyin CV-yə baxılsın.

Böyük şirkətlərin, bankların saytlarında boş vakansiyaların olması barədə bölmələr var. Onların hamısı da gözdən pərdə asmaq üçündür. CV-də lap ən yaxşı göstəricilər olsun, bakalavrı qırmızı diplomla, magistraturanı qırmızı diplomla qurtarmış olsan belə tanışın yoxdursa 90 % hallarda CV-lərə baxan yoxdur.

İstər özəl, istərsə də dövlət müəssisəsində ancaq tanış lazımdır. Bəlkə də orta təhsilli və təhsilsiz insanlar “Adam içində” verilişində təklif olunan bu şansdan yararlana bilərlər, amma inanmıram ki, ali savadlı şəxslər normal işlə təmin oluna bilsinlər.

Təklif edərdim ki, işə düzələn şəxslərin sayı ekranın bir tərəfində yazılsın ki, bəlkə iş axtaran insanlar inansınlar ki, onlar üçün də hələ ümid yeri var...

  2821   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up