Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Sevinc Musayeva
01 Апреля 2014

Azərbaycan dilində ünsiyyət qurmağı, danışmağı özlərinə ar bilənləri sadəcə qınayıram

Azərbaycan dilinin zəngin olmamasından, söz ehtiyatının kifayət qədər olmamasından çox danışılır. Ancaq dili dərindən bilən, bu dilə yaxından bələd olanlar bilirlər ki, dilimiz heç də kasıb deyil.

Bunu iddia edənlər Azərbaycan ədəbiyyatı ilə tanış olsalar yaxşı olardı. Çünki bədii ədəbiyyatdan əsərlər oxumaq insanın dünyagörüşünü artırmaqla yanaşı dilini də zənginləşdirir, söz ehtiyatını xeyli artırır.

Bəzən küçədə, avtobusda rastlaşdığım hal məni məyus edir, həm də əsəbləşdirir.

Belə ki, xüsusilə qızlarda rast gəldiyim hal, rus dilində sözləri əzib büzərək danışmaqlarıdır. Hansısa xarici dildə, o cümlədən rus dilində danışılmanın heç də əleyhinə deyiləm. Ancaq sırf özünü öymək xatirinə, rus dilində danışa bildiklərini aləmə car çəkmək üçün rus dilində danışırlar.

Belə olmadığını iddia edənlər mənə onların niyə ucadan danışdıqlarını başa salsınlar də. Axı Azərbaycan dilində danışan zaman səsləri belə ucadan gəlmir. Qızların əzilib-büzülərək rus dilini də əzməsi, arasına Azərbaycan sözləri qataraq cümlələr qurmasını görəndə necə deyərlər ətim tökülür.

Ola bilsin bəziləri sırf dili öyrənmək üçün bu dildə ünsiyyət qurmağa, nə isə yeni şeylər öyrənməyə çalışdığından məhz bu dildə ünsiyyət qurur, heç buna da qarşı deyiləm. Rus dilində zəif bilməyimə baxmayaraq onların qurduğu cümlələrin səhvliyindən əmin oluram. Azərbaycan dilində ünsiyyət qurmağı, danışmağı özlərinə ar bilənləri, düşüklük hesab edənləri sadəcə qınayıram!

  3192   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Азербайджанский язык

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 2


up