Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
28 Марта 2014

Azərbaycanda Fransız İnstitutu - fransız dilini öyrənmək istəyənlər üçün ən doğru məkan

Artıq ölkəmizdə çox sayda xarici dil bilən insanlar var. Son dövrlərdə isə xarici dil öyrənməyə maraq daha da artıb. Xarici bir dil bilmək insanın dünyagörüşünü artırmaqla yanaşı digər bir ölkənin mədəniyyəti ilə tanış olmağa imkan verir.

Avropa dilləri arasında öz xüsusiliyi ilə seçilən bir dil məhz fransız dilidir. Bu dildə dünyada 200 milyona yaxın insan məhz bu dildə ünsiyyət qurur, öz hegamonluğuna görə ingilis dilindən sonra ikinci yerdədir.

Bizim ölkəmizdə də həm bölgələrimizdə həm də paytaxtımızın təhsil ocaqlarında bu dil tədris olunur. Fransa böyük bir ölkə kimi öz dilinin əhatə dairəsinin daha da artmasına çalışdığı kimi elə Bakıda da dünyanın əksər şəhərlərində olduğu kimi Fransız institutu var.

Çoxlarımız hansısa bir dili öyrənmək istədikdə ilk növbədə dil kurslarına müraciət edirik. Ancaq fransız dilini öyrənmçək üçün ən doğru məkan elə Fransız institudur. Artıq 2005-ci ildən fəaliyyət göstərən bu institut ilbəil öz fəaliyyət dairəsini daha da genişləndirmişdir.

Bu instiutda fransız dilini öyrətmək üçün kurslar təşkil olunur. Bu kurslar bazar ertəsindən cümə gününə qədər müxtəlif saatlarda olur. Orada işləyən müəllimlər Fransada təhssil alıblar, dərslər monoton deyil, müxtəlif maraqlı oyunlar və əyləncələr də təşkil olunur. Bu institutda fransızlar da işləyirlər, dil öyrənmək üçün ən yaxşı vasitə bu dildə danışanların arasında olmaqdır. Orada isə demək olar ki, yalnız fransız dilində ünsiyyət olur. Qulaq daima yeni-yeni sözlər eşidir.

Bundan əlavə 9000-ə yaxın fransız əsərləri olan mediateka var, instituta üzv olmaqla bu kitabları götürüb oxumaq olar, içəridə tam səssiz şərait var, heç üzv olmasanız belə orada oturub istədiyiniz kitabla tanış ola bilərsiniz.

O cümlədən burada uşaqlara üçün də ayrıca kurslar var. Maraqlı BD, CD, DVD, və oyunlar, video kasetlər, filmlər var. Böyük ekranda filmləri izləmək üçün video otağı var, burada mütəmadi olaraq kino həftəsi təşkil olunur. Təzə öyrənənlər üçün alt yazılı kinolar da var.

Fransız instituna Fransadan Azərbaycana gələn qonaqlar da baş çəkirlər, orada fransız aktyor, rəssam, yazışı və s. Peşə sahəsinin adamları ilə görüşlər təşkil olunur.

Bu institut Füzuli 67 ünvanında, Heydər Əliyev adına saraydan aşağıda yerləşən Layihə institunun nəzdində fəaliyyət göstərir. Doğrudan da fransız dilini mükəmməl şəkildə öyrənmək istəyənlər üçün əla bir məkandır. Tövsiyyə edirəm.

  3543   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Курсы

Şam kursuna getməyinizi heç məsləhət görməzdim
Курсы

Jalal–I tədris mərkəzi - ciddi dərs rejimindən çox razıyam
Курсы

Zirvə kursu magistratura pilləsinə hazırlıq üçün həqiqətən faydalı bir kursdur
Курсы

Французский институт

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up