Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
28 Марта 2014

Bakı çox bahalı bir şəhərdir – həm yaşamaq, həm də gəzmək üçün!

Novruz bayramı da keçdi. Hər il olduğu kimi Bakının İçəri şəhərində bayram şənliyi təşkil olundu. Lakin bu il isə şənliyə festival adı verildi. Təəssüflər olsun ki, bu festival özünü doğrultmadı. 8 ölkənin nümayəndələri bu festivalda iştirak etsələr də festival elə adi bayram kimi keçdi.

Düzdür, həmişəki kimi şəhərimizin qonaqları olan turistlər də Bakıya gəlsələr də, festival gözlənildiyi masştabı vermədi. Əvvəl-axır belə də olmalı idi. Çünki Bakı çox bahalı şəhərdir. Bizim şəhərə gəzməyə gəlmək üçün külli miqdarda vəsait lazımdır. Belə ki, müxtəlif ulduzlu otellərin qiymətləri (xüsusilə də bayram günlərində), restoranlardakı qiymətlər, atraksionlar və s. hamıya çox baha başa gəlir.

Bir neçə gün bundan qabaq televizorda gördüyüm bir müsahibə mənim diqqətimi çəkmişdi. Müsahibə bir İranlı turistlə aparılmışdı. Turist Bakıda hər şeyin çox baha olmasından öz narazıçılığını bildirdi. O hətta dedi ki, Bakıda istirahət etmək üçün 10 milyon İran pulu ilə gəlib. 1 milyon iran pulu isə 250 Azərbaycan manatına bərabərdir. Turist onu da qeyd etdi ki, 1 milyon ilə İranda bir ailə bir ay ərzində çox yaxşı dolana bilər. Lakin Azərbaycana gəlmək üçün gətirilən 10 milyon İran pulu heç 3 günə də bəs etmir.

Sonra da bizim festivalları təşkil edənlər şikayətlənirlər ki, niyə festival alınmadı, niyə turistlər az oldu?! Əvvəlcə turistlər üçün lazımi şərait yaratmaq lzımdır. Özüdə MİLYONER TURİSTLƏR ÜÇÜN YOX!!!

Düzdür, ölkəmizdə qiymətlərin həddindən artıq şişirdilmiş olduğunu bilirdim. Amma yuxarıda qeyd etdiyim müsahibəni görəndən sonra həqiqətən fikirləşdim ki, doğurdan da Azərbaycanda, Bakıda yaşamağı bacarmaq elə özü böyük bir işdir!

  2378   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up