Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
28 Марта 2014

Tənbəl xanımlar üçün qoğal resepti :)

Milli mətbəximizə aid olan qoğalı çox xoşlayırıq. Düzdür, ürəyimiz istəyəndə onu marketlərdən və yaxın şirniyyat dükanlarından alırıq. Lakin evdə özün bişirdiyin qoğalın, həmçinin yemək və şirniyyatın dadı başqadır. Qoğal özü isə çox əmək tələb edən təamdır. Həm də indiki bina evlərinin kiçik mətbəxlərində qoğalı hazırlamaq heç də asan deyil. Mən isə daha asan yol ilə onun hazırlanmasını fikirləşmişəm və hər il ailəm üçün bişirirəm.

Mənim reseptim:
Xəmir üçün: un – 2 kq, yağ – 500 qr, yağlı xama – 1 ədəd, maya – 2 xörək qaşığı, yumurta – 3 ədəd, süd - 1 l (xəmirə nə qədər getsə)
İçlik üçün (adi qoğal üçün olan): yağ 100 qr, yumurta – 2 ədəd, duz, istiot, razyana, sarıkök, un (nə qədər getsə)

Xəmir yoğrulur və isti bir yerə açılmağa qoyulur. Xəmir gələndən sonra, kündələr düzəldib, onu yüngülcə burub, yastılaşdırıb, içlik üçün dərə kimi açıb içinə içlik qoyuruq. Daha sonra xəmiri birləşdirib, yayırıq. Sonra onları listə düzüb, yumuta sarısı və sarıkök qarışığını üstünə yaxıb, üzərinə qara cirə və küncüt səpirik.

Qoğallar elektrik sobada 180 dərəcədə bişir. Sözsüz ki, əsl qoğalla bu qoğalda fərq var. Amma sizə deyim ki, çox dadlı alınır. Evdə ailəmin də çox xoşuna gəlir. Əgər sizdə xəmir yaymaqda çətinlik çəkirsinizsə, bu üsulla qoğal hazırlaya bilərsiniz. Nuş olsun!

  43988   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Сладости

  Положительных отзывов: 19

  Отрицательных отзывов: 0


up