Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
26 Марта 2014

"İdeal make-up" seriyasından "Anti-shine&covering" kompakt pudrası həqiqətən dəridəki parıltını örtür

Neçə vaxt idi televiziya və internet portallarında məhz İdeal parfümeriya və mağazalar şəbəkəsi üçün hazırlanmış, İtaliya istehsalı olan İdeal make-up kosmetikasının reklamını görürdüm. Pudramın da bitmək üzərə olduğunu nəzərə alıb İdeala yollandım.

İdeal make-up-ın stendinə yaxınlaşıb pudranı yoxlamaq üçün dərimə çəkib, özümə uyğun olan rəngi dəqiqləşdirdim. Bu arada məsləhətçi xanım da yaxınlaşıb mənə seçimimdə kömək etməyə başladı, həm də bu pudranı çox təriflədi.

Mənim dərim problemsiz olsa da, çox yağlıdır. Hətta arada üzüm elə parıldayır ki, tanışlar elə bilir ki üzümə tonal krem çəkmişəm. Düzdür dərim təmiz, problemsiz olduğuna görə dərimdəki parıltı arada xoşuma gəlir. Amma arada da (yay aylarında) özümü buna görə diskomfort hiss edirəm.

İdeal anti-shine & covering kompakt pudrası bütün dəri tipləri, xüsusilə isə yağlı dərilər üçün nəzərdə tutulub. Məhz ona görə bu pudranı düşünmədən almaq qərarına gədim. Dərimin rəngi açıq olduğundan daha açıq rəngini - 01 seçdim. Məsləhətçi xanım həmin pudranı şkafların birindən çıxarıb kassada mənə təhvil verdi. Amma təəsüf ki, evə gedib üzümə vurandan sonra gördüm ki, məsləhətçi mənə səhf nömrəni - 03 verib. Qeyd edim ki, 03 nömrəsi tünd rəngdədir. Dərimə uyğun rəng isə 01 idi (((. 1-2 dəfə işlətdim amma gördüm ki boynumla üzüm arasında xeyli fərq görünür (üzüm qara, boynum isə ağ :)).

Amma keyfiyyəti xoşuma gəldi. Dəridəki yağlılığı çox deməzdim, amma xeyli gizlədir. Pudranın ümumi dizaynı da xoşagələndir. Qiyməti 16 AZN. Rənglərin səhf düşməsinə görə isə kefimi pozmadım. Çünki indi işlədə bilməsəm də yay aylarında qaralandan sonra mütləq istifadə edəcəm (onsuzda yay üçün də tünd rəngli pudra almalı idim). Əsas odur keyfiyyəti və dizaynı yaxşıdır.

  2265   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Декоративная косметика

Artdeco Lip passion (#43 Creamy dahlia) - həm rəng tonuna, həm də keyfiyyətinə görə 100% bəyənəcəksiniz
Декоративная косметика

ArtDeco Rich treatment foundation tonal kremi məncə bir çox xanımın ürəyincə olacaq
Декоративная косметика

Monaliza qaş karandaşı (004 çalarlı) ilə qaşlarım daha səliqəli və baxımlı görünür
Декоративная косметика

Mən üstünlüyü "Londa" saç boyalarına verirəm
Декоративная косметика

Collistar Rosetto Art Design dodaq boyasının 11/papaya rəngi - şaftalı rəngini axtaran xanımlar üçün:)
Декоративная косметика

Maybelline Lash Sensational Веерный Объем – kirpikləri əla burur və uzadır
Декоративная косметика

Faberlic "Безупречная кожа" Легкий светящийся – bu tonal kremi çəkdin ya çəkmədin heç bir fərq eləməz
Декоративная косметика

"Wellaton" saç boyası - ilk istifadədən xoşumuza gəldi
Декоративная косметика

"Lavsonia" xınası – həm qablaşmanın tərkibi yarımçıq çıxdı həm də şabalıdı rəng alınmadı
Декоративная косметика

Givenchy Noir couture volume mascara – qiymətinə aldanmaq lazım deyil
Декоративная косметика

IDEAL
Декоративная косметика

Идеал мэйк ап "Stop shine" компактная пудра

  Положительных отзывов: 2

  Отрицательных отзывов: 0


up