Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
25 Марта 2014

"Ballı yuxa" tortu - həm yumşaq, həm ləzzətli - Resept

Elimizin obamızın gözəl bir bayramı var, Novruz bayramı. Bu bayramda süfrələri növbənöv şirniyyatlar bəzəyir. Bunların arasında şəkərbura, paxlava, qoğal, badambura ön sıralarda gəlsə də, evdə bişirilən tortun da öz yeri var. Adı ballı yuxa tortu olan bu tortun hazırlanma qaydasını sizinlə də paylaşmaq istərdim.

Deməli xəmir üçün 4 yumurta, 2 stəkan şəkər tozu, 2-3 xörək qaşığı bal, bal olmasa ərik və ya ağ gilas mürəbbəsinin suyundan, 150-200 qram kərə yağı, 1 çay qaşığı soda və ya qabartma tozu, 1 vanil, hamısı yaxşıca çalınır və lazımi miqdarda un əlavə olunur.

Yumşaq xəmir yoğrulur və 7 kündə hazırlanır, 15 dəqiqə qaldıqdan sonra duxovka sinisi ölçüsündə yayılır. Bişməsi üçün duxovkanın ancaq alt hissəsinə qoyulur, üst hissəsi ağ qalır.

Krem üçün 1 ədəd qatılaşdırılmış südə 200 qram yağ qatılır və mikserlə qarışdırılır. Kremi lay-lay bişirilmiş yuxaların arasına çəkmək lazımdır.

Xəmirdən bir balaca yayılıb bişirilir və ən üst hissəyə ovxalanıb tökülür. Nuş olsun!

  202968   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Сладости

  Положительных отзывов: 19

  Отрицательных отзывов: 0


up