Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
23 Марта 2014

Ürək ağrıdıcı hal olsa da, aktyorların küçədə bilet satmaqları alqışlanmalıdır

Bir neçə saytda bir məlumat oxudum və bu məlumata öz rəyimi bildirmək istəyirəm. Oda teatrının aktyorları küçədə bilet satacaq. Küçədə bilet satışını təşkil etməklə onlar hər kəsin diqqətini teatra yönəltmək istəyirlər.

22 və 23 mart saat 19:00-da nümayiş etdirəcəkləri "Səncə döyəcəklər?" tamaşası üçün biletlər satılacaq. Aktyorlar qrimlənmiş formada "Müstəqil teatrı yaşatmaq üçün bilet satırıq" sözləri yazılmış kağızlarla paytaxt küçələrində bilet satacaqlar.

Mən teatr aktyorlarının bu aksiyasını alqışlayıram. Düzdür, bu yolla bəlkə də çox tamaşaçı cəlb etmək mümkün deyil. Həm fə insanları bu yolla teatra cəlb etmək əslində hardasa ürək ağrıdıcı haldır. Çünki insanlar kinoteatrlara yox teatrlara meyl göstərməlidirlər.

Əgər şəhərimizdə kinoteatrlara gedən insanlarla teatrlara gedən insanların sayını müqayisə etsək statistika göstərər ki, indiki zəmanədə çox az insan teatrlara maraq göstərir. Bəlkə də çoxumuz heç teatrlardakı yeni tamaşaların adını belə bilmirik.

Lakin aktyorların bu təşəbbüsü təqdirə layiqdir. Bir neçə tamaşaçı qazanmaq teatr üçün maddi qazanc olsa da, bu, insanlar üçün mənəvi qazancdır.

Rəyim müsbətdir! İnamıram ki, vaxt gələcək insanlar teatrı sevəcək və tamaşalardan uzaq durmayacaqlar.

  1457   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up