Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
22 Марта 2014

Balıq ləvəngisi Novruz süfrəsinin bəzəyidir - Resept

Novruz bayramı süfrəsinin yaraşığı və mütləq bişirildiyi yemək - balıqdır. Balıq süfrədə ruzi-bərəkət rəmzidir. Bu üzdən əgər süfrəyə balıq (çox vaxt kütüm balığı) qoyulursa onun pulları təmizlənmir.

Adətən mən Novruz bayramında balıq ləvəngisi hazırlayıram. Ləvəngini hərə bir cür formada hazırlayır. Mənə ləvəngini hazırlamaq qaydasını qonşum - əslən Lənkəranlı olan bir qadın öyrədib. Özümün də, ailə üzvlərimin də məhz bu formada hazırlanmış ləvəngi çox xoşumuza gəlir.

Resept belədir:
1. Kütüm balığının içini təmizləyib, yuyuram, duzlayıb, istiotlayıram. Pullarına isə dəymirəm.
2. Ayrıca qoz ləpəsini, daha sonra isə baş soğanı çəkirəm.
3. Sonra çəkilmiş soğanı süzürəm ki, acılığı, suyu çıxsın.
4. Turşu lavaşananı isti suya qoyub yumşaldıram.
5. Əgər balığın kürüsü varsa, onu və digər 3 inqredienti (çəkilmiş qoz ləpəsi, çəkilmiş baş soğan və əzilmiş lavaşana) birləşdirib, yaxşıca qarışdırıram.
6. Balığın üstünə bitki yağı və turşu lavaşana çəkirəm. Elektrik sobada 180-200° C bişirirəm.

Çox dadlı balıq ləvəngisi alınır. Siz də hazırlayıb dadına baxın.

  3648   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Основные блюда

  Положительных отзывов: 21

  Отрицательных отзывов: 0


up