Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Murad Xan Ərtürk
21 Марта 2014

Həyatı ağlamaqla bitirənlər, və ya AĞ ÖLÜMÜN qurbanları...

"Mal", "ağ", "qara" bunlar el arasında narkotik vasitələrin özünə məxsus adlarıdır. Maraqlı adlardı deyilmi? Sadə, hər gün eşitdiyimiz söz və doğma Bakımızın küçə jarqonu. Amma sadə göründüyü qədər mürəkkəb, mürəkkəb olduğu qədər isə qorxuludur bu sözlər. Əsasən bu adlar narkotik aludəçiləri arasında istifadə olunur.

Günümüzdə tez-tez rastlaşdığımız cümlələrdi filankəsin oğlu narkamandı, filankəsin qardaşı "mal vurur", filankəs "ağ iyləyir". Bəli narkomaniya bir bəla, bir xəstəlik kimi hər gün can almaqdadır. Narkobizneslə məşğul olanlar ilk növbədə varlı, həyatın çox ləzzətini dadmış, iradəsi zəif olan adamları öz tərəflərinə çəkib "Alə qədeş, sənin dərmanın məndə... qardaşun sənə hələ bir şey versin ki, dadı damağundan gedməsin, qədeş bunu qardaş qardaşa eləməz e, mən səsə eləyirəm... pulsuz parasız kayf. Harda var alə belə şey? Ala bunu qoy damağuva nəşə deyil ee cənnət otudu", deyib bir gün, iki gün nəşə sonra geroin, sonra tiryek, sonra damara iynə. Sən artıq narkotikdən asılısan! Və daha "qardaşın" sənə istədiyini pulsuz vermir, və nəyinki pulsuz vermir, elə qiymət deyir ki, sən onu bir dəfə alırsan, iki dəfə alırsan amma daha sonra buna maddi imkanın çatmır, düşürsən çıxılmaz vəziyyətə.

Aludəçisi olduğun malı tapa bilmirsən ağrılar başlayır (narkomanların dilində desək lomka gəlir) və sən buna tap gətirə bilmirsən, (bu ağrını narkomanlar bütün bədən sümüklərini bir-bir sındırırlar sanki, ağrı verir kimi bildirirlər) verirbaşlayırsan əli əyriliyə, oğurluğa, borc alıb verməməyə bir sözlə bir çimdik "mal" almaq üçün ağıla gələ biləcək, ağıla gələ bilməyəcək yollara əl atır. Bu hal kasıb və otra yaşam tərzi olan iradəsiz insanların başına gəlir. Varlılar isə buna hər şeyin dadına baxmışam qoy bir bundan da dadım deyə başlayır və sonda yenə yuxarıdakının aqibəti sonuncu ilə eyniləşir. Bunun sonunda isə bir şey dayanır vaxtsız ölüm! AĞ ÖLÜM!!!

Martın 15-də internetdə reper Hüseyn Dəryanın avtomaşınla qəzaya düşüb həlak olması xəbərini eşitdim. Hüseynin a/m-nın çırpıldığı KAMAZ-ın sürücüsü Hüseyni a/m-dan çıxararkən sərxoş idi və "Buraxın məni qoyun ölüm, mən ölmək istəyirəm" deməsini bildirdi. Hüseyn illər öncə narkomaniya batağlığına düşmüş və elə üzərində narkotik maddə aşkar olunaraq 1-il müddətinə həbs olunmuşdur. Zindandan qayıdandan sonra Hüseyn narkotiklərdən tam uzaqlaşdığını və buna zindanda olduğu müddətdə nail olduğunu bildirdi. Lakin yenidən çox keçmədən Hüseyn narkotikin verdiyi ağrı və fəsadları unudub sadəcə onun verdiyi ilkin həzzi xatırlayaraq yenidən narkotik maddələrdən isti fadəyə başladı.

Avto qəzadan sonra Hüseyni müalicə edən həkim bildirdi ki, Hüseyn bir neçə dəfə narkotik vasitələrin təsirindən ölümcül vəziyyətdə xəstəxanaya gətrilib, biz onu xilas etmişik. Çox təssuf ki, bu dəfə onu xilas edə bilmədik... Bir neçə dəfə ölümün pəncəsindən xilas olan Hüseyn bu dəfə ölümü aldada bilmədi (Allah rəhmət eləsin). Rusların bir atalar sözü yadıma düşdü "Keçmiş narkoman olmur". Mənim üçün ən böyük mükafat ölüm olar deyən Hüseyn öz mükafatını aldı. Allah rəhmlidir ,Allah şans verir, Allah günahları bağışlayır... Amma gərək bu sadaladıqarımı insan övladı dəyərləndirə bilə.

Bir neçə ay bundan əvvəl bir əsgər yoldaşımı da narkotik vasitələrin istifadəsindən itirdim. Uyuşdurucunun tərkibinin yüksək olmasından (dozanın çoxluğundan) yaşadıqları binanın damında qulaqlarından, burnundan və ağzından qan gəlmişdi. Oturduğu yerdəcə keçinib, 3-gün sonra damda çönbəltmə oturduğu yerdə tapıldı. 3-günün təsiri idi ki, meyidə yaxın durmaq mümkün deyildi. Bu xəbər məni çox sarsıtdi. Çox qabiliyyətli, sadə, mehriban və lakin narkotik aludəçisinə çevrilmiş oğlan idi. Heyf... Heyf... çox heyf... Sonradan bir əsgər yoldaşımla bu barədə danışanda, o mənə dəhşətli bir faktı söylədi. Dedi ki, rəhmətlikgil 12-nəfər mal vuran uşaqlar idi, onlardan cəmi bir nəfər sağ qalıb, o da bu gün sabahlıqdı. Dəhşətdi hər gün neçə dünyada minlərlə insan AĞ ÖLÜM-ün qurbaı olur.

Allahdan sizə verilən ömrü mənalı, sağlam, xeyirxahlıqla, xoşbəxt yaşamağa çalışın. Ehtiyyatlı olun özünüzdən və ətrafınızdan AĞ ÖLÜM qara-ba-qara bizi izləməkdədir. Möhkəm iradə ilə onu yenək, dostlar!

  3570   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up