Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
19 Марта 2014

"Ekler" pirojnaları – ləzzətindən doymaq olmur

Evdə Novruz şirniyyatları bişirildiyinə baxmayaraq mağazada ekler pirojnalarını görüncə özümü saxlaya bilmədim. Ailəmizdə hamı bu şirniyyatı çox xoşlayır. Demək olar ki, hər 2 həftədən bir ekler alırıq. Həqiqətən çox fərqlidirlər. Xəmiri çox incə və nazik, tərkibindəki krem isə onları daha yumşaq edir.

Eklerin hər iki növünü, yəni ağ kremli və şokolad kremli növünü alıram. Şokoladlı növü isə şəxsən mənim daha çox xoşuma gəlir. Ümumilikdə isə, hər iki növü çox dadlı və o qədər yumşaqdırlar ki, ağızda əriyirlər. Bu şirniyyatlar həm adi günlərdə, həm də qonaq gələrkən çay və kofe süfrələrinin əsl bəzəyidir.

Eklerlərin daha böyük ölçüdə satılan övləri də var. Tərkibi eynidir, lakin ölçüləri fərqlidir. Amma məncə kiçik formada satılan eklerlər daha dadlı və daha səliqəlidirlər.

Əgər bu şirniyyatlardan yeməmisinizsə mütləq alıb, dadına baxın. Həm özünüzü, həm də qonaqlarınızı məmnun edin.

  2713   1

Войдите что бы оставить комментарий

Murad Xan Ərtürk
20 Марта 2014
Mənim də çox bəyənirdim bu perojnaları.Ancaq sovet vaxtındakı eklerlər indikindən daha dadlı idi.Mən indikilərin dadını bəyınmirəm,ən azından mənə uşaqlıq nosolgiyası yaşatmadığına görə.





Последние отзывы категории - Продукты питания

"Rahat" çərəzli lokumun ağızda əriyən dadı yoxdur
Продукты питания

Bizim süfrədən acılı barbekü nar sousunu almağıma çox peşman oldum
Продукты питания

"Lays"dən pendir dadlı kartof çipsindən bir daha almaram
Продукты питания

"Adicto intense" şokolad ilə örtülmüş krem plomblu keks mükəmməl bir ləzzətdir
Продукты питания

Tort üçün "Domik v derevne slivki" qaymaq kremini çox bəyənirəm
Продукты питания

Bizim süfrə ketçupundan ketçup əvəzinə tomat dadı gəlir
Продукты питания

Mentos tropik miks saqqızı nəfəsi təravətləndirmək üçün ən dadlı seçimimdir
Продукты питания

Dərbənddən gətirilmiş "Деревенская" xamasının dadı heç xoşumuza gəlmədi
Продукты питания

Bizim tarla Pindjur salatı - çox dadlı və gözəl tamı var
Продукты питания

Bizim tarla Pindjur salatı - sanki tərkibi ancaq bibərdən ibarət idi
Продукты питания

Эклер

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up