Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
19 Марта 2014

“Gözünüz aydın olsun” kəlməsini ilk deyənin kim olduğunu mən də yeni öyrəndim

Bu yaxınlarda çox maraqlı bir məlumat öyrəndim. Düzü “Gözünüz aydın olsun” kəlməsinin necə və nə səbəbə meydana gəldiyini bilmirdim. Bu faktı biləndən sonra düşündüm ki, imho.az saytında bu məlumatı paylaşım. Yəqin ki, mənim kimi, çoxlarına da maraqlı olacaq:)

Qədim Misir fironu yuxuda görür ki, Israil oğullarından biri onun səltənətini yıxır. O, bu yuxunu yuxuyozanlara danışır və ona təklif edirlər ki, yeni doğulan İsrail oğlanlarını öldürtdürsün. Belə də edirlər. Lakin o vaxtlar İsrail oğullarının əksəriyyəti qul və nökərlər olurdular və bu halda misirlilər qul və nökərsiz qalacaqdılar. Ona görə də yeni qərara əsasən bir ildən bir oğlan uşaqlarını öldürürdülər.

Həmin oğlan uşaqları öldürülən il Musa peyğəmbər (s.a.s) doğulur. Bir gün Misirlilər artıq o yaşayan əraziyə gəlib çıxırlar ki, oğlan uşaqlarını öldürsünlər. Musa peyğəmbərin (s.a.s) anası isə onu bir səbətə qoyub, Nil çayına buraxır. Misir Fironu isə Həzrət Asiya ilə evli olur və onların övladları olmur. Musa peyğəmbərin (s.a.s) olduğu səbət Fironun yaşadığı sarayın sahilinə üzüb çatır.

Nökərlər səbətdə uşağı görüb, onu Həzrət Asiyaya gətirirlər. Həzrət Asiya uşağı görür və onda analıq hissləri yaranır. Beləliklə, o qərara alır ki, bu körpəni övladlığa götürsün. Lakin Firon isə qəddar, zalım biri olur. Həm də həmin il doğulan oğlan uşaqları öldürülməli idilər.

Həzrət Asiya isə uşağa çox bağlanır və nəyin bahasına olur olsun, bu uşağı sarayda böyüdəcəyinə qərar verir. O firona yaxınlaşıb deyir: “Sənin gözün aydın olsun, mənim gözüm aydın olsun, bizim gözümüz aydın olsun!” Firon nə baş verdiyini soruşanda, Həzrət Aasiya söyləyir ki, artıq bizim oğlumuz ola bilər. Əgər bu uşağlı böyütsək, tərbiyə etsək sənə ziyan gələ bilməz.

Beləliklə Firon razılaşır. O xəbərsiz olur ki, sən demə onun səltənətini yıxacaq, yuxuda gördüyü oğlan uşağını elə özü böyüdüb, boya-başa çatdıracaq. Bu oğlan uşağı da böyüyüb, Musa peyğəmbər (s.a.s) olacaq. Onu böyüdən və analıq edən qadın Həzrət Asiya isə cənnətin ən üstün qadınlarından biri olacaq. Məhəmmməd Peyğəmbərimiz (s.a.s) söyləmişdi ki, cənnətin 4 ən üstün qadını olacaq: Həzrət Fatimeyi-Zəhra, Həzrət Xədicə, Həzrət Məryəm, Həzrət Asiya.

Mənim fikrimcə bu cür məlumatları oxumaq və bilmək lazımdır. Həm insanın dünyagöruşünü artırır, həm də maraqlı faktlarla tanış olmağa imkan verir.

  1647   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up