Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Sevinc Musayeva
18 Марта 2014

Qızı zorla ərə verməklə, ya da oğlunu zorla evləndirməklə deyil ki, sonunu da düşünmək lazımdır

Hazırki dövrdə cəmiyyətimizdə yaxşıya doğru dəyişiklik, inkişaf baş vermək əvəzinə bəzən düşüncə tərzində boşluqlar, dar düşüncələrə rast gəlinir. Artıq müasir dövrdür deyə hər şey etmək, mentaliteti tapdalamaq, milli dəyərləri heç saymağın tam əleyhinəyəm. Ancaq bir az dərindən düşünmək lazımdır.

Həyat bir günlük, beş günlük deyil, yaşanan bir ömürdür, bu ömürdə nəyinsə xatirinə, kimlərinsə sözünə görə vaxtilə alınan qərarlara görə peşman olmaq əvəzinə nə yaxşı ki, vaxtında bu qərarı vermişəm deyə sevinmək, şükr etmək yaxşı olmazdımı?!

Ətrafımda olan bəzi ailələri görürəm və sadəcə heyfslənirəm. Şahidi olduğum bir hadisəni danışmaq istərdim. Deməli bir oğlan rəfiqəmi çox sevirdi amma rəfiqəm o oğlanı istəmədi, heç ailəsi də razı olmadı. Amma oğlanın sevgisi əsl idi, ülvi idi. Aradan bir müddət keçdi və ailəsinin məsləhəti ilə oğlan xalasıqızıyla ailə həyatı qurdu, buna məsləhət deyil, təkid desək daha doğru olar. Hər şey gözəl keçdi, amma gəlin toydan sonrasına baxaq.

Hal-hazırda bu oğlanla qız boşanmaq səviyyəsinə qədər gəlib çatıblar. Oğlan qıza “sən ata anamın gəlinisən, uşaq da oldu, get onlara gəlinlik elə, nəyimə lazımsan” deməsi sadəcə dəhşətlidir.

Baxın əziz valideynlər oğlunuzu evləndirmək xoş günlərini görmək istəyirdiniz amma görün axırı necə oldu?! Başa düşürəm ki, heç bir valideyn övladının pis olmağını, bədbəxtliyini istəməz, amma oğlanlarını zorla məcbur etməsəydilər, bir az vaxt versəydilər, özü könlünə yatan biri ilə evlənərdi, sabah bir problem çıxanda valideyn olaraq sizi günahkar bilməzdi.

O qızın da heç bir günahı yoxdur, amma əri tərəfindən döyülməkdən, kobud sözlər eşitməkdən başqa günü yoxdur. Hələ üstəlik əksər vaxtlarda atası evində qalır. Digər tərəfdən də qohumdurlar, onların pis münasibətləri qohumluğa da xələl gətirir.

Bu kimi hallar çox təəssüflər olsun ki, cəmiyyətimizdə çoxdur. Artıq düşüncə tərzimizə nəzər salsaq yaxşı olar.

  15973   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up