Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
18 Марта 2014

Golden Rose Maxim Eyes tuşu - 3 manata bu cür gözəl effekt gözləmirdim. Super!

Neçə vaxt idi ki, özümə göz üçün yaxşı və keyfiyyətli tuş axtarırdım. Sözün düzü kirpiklərim uzun olsa da yaxşı burulmur. Yəni hətta bir az baha tuşlardan istifadə etdiyimə baxmayaraq istədiyim effekti görməmişəm. Yəni sırf mənim kirpiklərimi bura bilən, qaldıran tuş tapa bilmirdim. Həmişə də narazı qalırdım.

Bu günlərdə elə imho.az saytında bir Golden Rose Maxim Eyes tuşu haqqında rəy oxumuşdum. Açığı rəyi oxuyanda mənə o qədər inandırıcı gəlməsə də, düşündüm ki sınamaq olar. Xanımın yazdığına görə qiyməti cəmi 3 manata idi.

Bir gün Metroparkda alış-veriş edərkən gözüm Golden Rose-nin dükanına sataşdı və yadıma bu tuş düşdü. Mağazaya daxil olub, Golden Rose Maxim Eyes tuşu haqqında maraqlandım. Qiyməti doğurdan da 3 manat idi. Onu da deyim ki, bu qiymətə onların daha 3 fərqli tuşları var idi. Amma risk etməyib, məhz xanımın öz rəyində təriflədiyi tuşdan aldım.

Evə gəlib istifadə etdikdən sonra, sözün yaxşı mənasında şoka düşdüm. Rəyimin əvvəlində dediyim kimi, kirpiklərim uzun olsa da digər tuşlar kirpiklərimi burmurdu. Amma Golden Rose Maxim Eyes tuşu kirpiklərimi həm daha da uzun göstərdi, həmçinin də 2 dəfə çəkdikdən sonra çox gözəl də qaldırdı. Hətta qrup yoldaşlarım birinci dəfə bu tuşu çəkəndə gözümə kirpik qoyduğumu fikirləşmişdilər. Yəni o dərəcədə gözəl effekt var idi.

Sizə bu effekti almaq üçün bu tuşun dəqiq çəkilmə qaydasını yazıram. Deməli, kirpiklərə bu tuşu çəkib, 1 dəqiqə keçdikdən sonra tuşu yenə 2-ci qat kirpiklərə çəkirəm. Hardasa 30 saniyədən sonra hər iki gözdə üst kirpikləri əlimlə yuxarı (qatlanmaq formasında) tutub saxlayıram (hardasa 10 saniyə). Beləcə kirpiklər həm uzun, qatlanmış görünür, həm də gözləri çox mənalı göstərir.

Tuşun digər müsbət cəhəti odur ki, tez quruyur və yayılmır. Halbuki son dəfə aldığım İsadora tuşu biraz keçən kimi gözün qıraqlarına yayılırdı, üstəlik istədiyim nəticəni də vermirdi. Beləliklə, imho.az saytında Golden Rose Maxim Eyes tuşu haqqında rəyini paylaşan xanıma öz minnətdarlığımı bildirirəm. Mən artıq öz kirpiklərimə uyğun tuşu tapdım - Golden Rose Maxim Eyes!!!

  4643   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Декоративная косметика

Artdeco Lip passion (#43 Creamy dahlia) - həm rəng tonuna, həm də keyfiyyətinə görə 100% bəyənəcəksiniz
Декоративная косметика

ArtDeco Rich treatment foundation tonal kremi məncə bir çox xanımın ürəyincə olacaq
Декоративная косметика

Monaliza qaş karandaşı (004 çalarlı) ilə qaşlarım daha səliqəli və baxımlı görünür
Декоративная косметика

Mən üstünlüyü "Londa" saç boyalarına verirəm
Декоративная косметика

Collistar Rosetto Art Design dodaq boyasının 11/papaya rəngi - şaftalı rəngini axtaran xanımlar üçün:)
Декоративная косметика

Maybelline Lash Sensational Веерный Объем – kirpikləri əla burur və uzadır
Декоративная косметика

Faberlic "Безупречная кожа" Легкий светящийся – bu tonal kremi çəkdin ya çəkmədin heç bir fərq eləməz
Декоративная косметика

"Wellaton" saç boyası - ilk istifadədən xoşumuza gəldi
Декоративная косметика

"Lavsonia" xınası – həm qablaşmanın tərkibi yarımçıq çıxdı həm də şabalıdı rəng alınmadı
Декоративная косметика

Givenchy Noir couture volume mascara – qiymətinə aldanmaq lazım deyil
Декоративная косметика

Erkul Cosmetics
Декоративная косметика

Голден роуз "Maxim Eyes" тушь для ресниц

  Положительных отзывов: 2

  Отрицательных отзывов: 0


up