Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
18 Марта 2014

Aparıcıların sevimli aktyorlarımızı öz verilişlərinə dəvət etmələrini alqışlayıram

“Səni axtarıram” verilişində Əməkdar artist, aktyor Azər Mirzəyevi görməyimə çox sevindim. İllər öncə aktyoru tamaşalarda, televiziya verilişlərində tez-tez görürdük. Onun söhbətlərini, məzəli əhvalatlarını diqqətlə izləyirdim.

Lakin uzun müddət aktyor ekranlarda görünmədi. Xəbərlərdən öyrəndik ki, Azər Mirzəyev ciddi xəstəlik keçirib və hətta yeriməkdə belə çətinlik çəkir. Bu həftə isə onu ATV telekanalının “Səni axtarıram” verilişində qonaq qismində görmək məni çox sevindirdi. Verilişi hazırlayanların aktyor Azər Mirzəyevi yenidən ekrana cəlb etməsi çox müsbət haldır.

Qoy bu cür aktyorlarımız bilsinlər ki, onları görmək, onların fikirlərini eşitmək biz tamaşaçılar üçün maraqlıdır. Onlar əsl sənətçidirlər və ona görə də ekranlarda görünməlidilər ki, ruhdan düşməsinlər. Daha indiki bəzi ekranlardan düşmək bilməyən “müğənni” və “aktyorlar” kimi yox ...

Əsl sənətçini televiziya öz axtarmalıdır! Onlar efirlərlərdə görünməlidirlər ki, cavan nəsil əsl sənətkarların tamaşalarına, söhbətlərinə baxıb sənətin, peşəkarlığın nə olduğunu görməlidirlər. Nə qədər çox verilişlər və kanallar belə aktyorları ekranlara dəvət etsələr, həm onlara xoş olar, həm də biz tamaşaçılara.

  1519   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Телевизионные программы

"Survivor" proqramını böyük maraq və həyəcanla seyr edirik
Телевизионные программы

"YARIMada" verilişi - Milli Televiziya və Radio Şurası hara baxır?
Телевизионные программы

Vüsalə xanımın aparıcılığı ilə "Qadına görə" verilişini izləməyi xüsusilə toya hazırlaşan xanımlara məsləhət görürəm
Телевизионные программы

Həqiqətə uyğun olmayan video və xəbərləri televiziya kanallarında göstərməklə nə qazanırsınız?
Телевизионные программы

Yeni formatda yayımlanan "Ben bilmem eşim bilir" verilişi insanları insanlıqdan çıxararaq şeytanlaşdırır
Телевизионные программы

"Big brother Türkiye" – super realiti şoudur. Gokçen, İdil, Arsel, yarışmanı sizlərdən birinin udmasını çox istəyirik
Телевизионные программы

"Big brother Türkiye" layihəsi gözlədiyim kimi maraqlı olmadı
Телевизионные программы

Turabinin "Survivor All Star"da 10 ilin çempionu olmasına çox sevindik
Телевизионные программы

"Пусть говорят" verilişində "Sən gəlməz oldun" musiqisinin səsləndirilməsi gözlənilməz və xoş oldu
Телевизионные программы

Xəzər TV-də yayımlanan "Addım-addım" verilişi insanı xəyalən təbiətin qoynuna aparır
Телевизионные программы

Азербайджанское телевидение

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 1


up