Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
17 Марта 2014

Toyuqlu qratenin dadını çox bəyəndim, sınamağa dəyərmiş

Dünən xalamqızıgilə qonaq getmişdim. Hər dəfə onlara gedəndə xalamqızının hazırladığı maraqlı yeməklərdən dadıram. Həmişə yeməklərin hazır formasını görürdüm. Bu dəfə isə birlikdə hazırladıq. Adı toyuqlu gratendir.

Deməli hazırlanması üçün 2 toyuğun döş əti, 1 kartof, 2 ədəd yer kökü, pul bibər, 3 stəkan süd, 2 xörək qaşığı un, 1 xörək qaşığı kərə yağı, duz.

Ilk növbədə toyuq suda qaynadılır, kartof və yerkökü də ayrıca qazanda qaynadılır. Toyuq əti bişdikdən sonra didilirək kiçik hissələrə ayrılır. Əti odadavamlı şüşə siniyə yığmaq lazımdır. Daha sonra kartof və yerkökü kubik formasında doğranaraq ətin üzərinə əlavə olunur, duz və istiot qatılır.

Ayrıca tavada yağ dağ olduqdan sonra un da əlavə olunub, azca qızardılır. Mütəmadi qarışdırmaq lazımdır, üzərinə 3 stəkan süd tökülür və qatılaşana kimi qarışdırırlır. Bu qarışıq yavaş-yavaş bayaqkı toyuq qarışığının üzərinə tökülür.

Bişməsi üçün duxovkaya qoyulur, 25 dəqiqə bişirilir. Bişməsinə 10 dəqiqə qalmış holland pendiri sürtkəcdən keçirilirək üzərinə tökülür.

Süd qatıldığından yeməyin dadının necə olacağı maraqlı idi, elə bilirdim qəribə dadacaq amma çox gözəl və dadlı oldu. Sınamağa dəyər.

  3988   2

Войдите что бы оставить комментарий

Lamiye Abbasli
18 Марта 2014
buyurun, xoşdur)

Şükran Vəliyeva
17 Марта 2014
Mütləq hazırlayacam. İçindəki inqredientlərdən bilinir ki mütləq dadlı alınacaq)) Çox sağ olun





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Основные блюда

  Положительных отзывов: 21

  Отрицательных отзывов: 0


up