Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
17 Марта 2014

İndiki zəmanədə xəstələnmək sözün əsl mənasında çox baha başa gəlir

Xəstələnmək çox pis şeydir. Bir tərəfdən səhhətin pozulur, işdən, dərsdən qalırsan, başqa bir tərəfdən də sözün əsl mənasında soyulursan. Xəstəlik yüngül keçəndə yenə az miqdarda dərmanlarla ayağa qalxmaq olur. Vay o günə ki, indi şəhərdə yayılan təhlükəli və sağalmaq bilməyən qripə yoluxasan. Onda antibiotiklərin, vitaminlərin, ürək dərmanlarının və başqa preparatların alınmasına elə aylıq maaşın yarısından çoxu gedir.

Bu yaxınlarda bacım bərk xəstələnmişdi. Həkim də ona bir xeyli dərman yazmışdı. Qızdırması düşmək bilmədiyinə görə antibiotik təyin etmişdi. Əvvəllər antibiotiklərin qiyməti qəpiklərlə ölçülürdüsə, indi bir günlük antibiotikin qiyməti 10 manata başa gəlir. Azı 5 gün vurulmalı olduğundan da elə minimum 50 manat çıxır.

Elə bacıma yazılan Rentacid antibiotiki buna misaldır. 5 gün gündə 2 dəfə vurulur. Birinin qiyməti isə 5 AZN. Antibiotiklə birlikdə verilən və cəmi 2 kapsuladan ibarət olan disbakterioza qarşı istifadə edilən Fluconazole dərmanının qiyməti isə 7 AZN-dir. Hələ digər yazılan vitaminlərdən isə heç danışmıram.

Bakıda hal-hazırda dövlət xəstəxanaları, klinikalarında pulsuz tibbi müayinələr keçirilir. Çox insanlar da çalışır ki heç olmasa müvəqqəti olan bu pulsuz müayinələrdən yararlansın. Çünki adi vaxtı həkimlərin əlinə düşdünsə sözün əsl mənasında soyulursan. Nə qədər insanlarda müxtəlif xəstəliklər aşkar olunur. Həkimlər isə müalicə-resept yazıb xəstələrə təqdim edirlər. Nəticədə isə xəstələr apteklərdə od qiymətinə satılan dərmanları görəndə bilmirlər müayinə olduqlarına görə peşman olsunlar, yoxsa artıq məcbur olub maaşlarını elə dərmanlarına xərcləsinlər.

  1949   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up