Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Murad Xan Ərtürk
14 Марта 2014

Sahil Ticarət Mərkəzində və Moskva Univermağında yanğının səbəbləri aydın oldu... (öz oduna yananlar)

Salam aleykum millət. Bəlkə siz biləsiz nədi bu ticarət mərkəzlərini cənginə almış alov? Nədi bu yan ha yan? Bu gün, yəni martın 14-dü, Moskva Univermağının yanması xəbərini eşitdim. Xatırladım ki, martın 12-də Səbail rayonunda SAHİL metro stansiyasının üstündə yerləşən SAHİL ticarət mərkəzi də yanmışdır. Görəsən bu nə məsələdi? Nə baş verir? Və Allah irağ eləsin görəsən növbədə haradı?

Vallahi mat qalınası məsələdi. Bilmirəm bu nə sirrdi, Tağı müəllim işdən xaric olundu və az sonra Sahil T/M-zi yandı. Üstündən iki gün keçdi, Moskva Univermağı yandı. Hər ikisi də metro stansiyalarına yaxın ticarət mərkəzləri. (Görəsən Tağı müəllim seyid nəslindən deyil?)

Deyirəm, bəlkə camaat Novruz bayramının gəlişi münasibəti ilə tonqal əvəzinə T/M-ni yandırırlar :). Nə bilim vallah. Yanğınların səbəbini soruşan kimi də deyirlər ki, qısaqapanmanın işidir. Ay qardaş, ay sizə qurban olum, bu qısaqapanma kimdisə, yaman alovlu şeydi, çatanı yandırır tökür. Bunun qabağın almasalar, ölkədə bir dənə də olsun, alış-veriş mərkəzi cəhənnəm, sadə bir butka da tapılmayacaq.

Bir şeyə fikirinizi yönəldim. Fikir verin, martın 12-də yanan Sahil T/M-zi Bakının qiymətlərinin od tutub yandğı və yandırdığı T/M-dən biridir və bu gün martın 14-də yanan Moskva Univermağı da ondan geri qalmır. Belə... mən artıq bu yanğınların kim tərəfindən törədildiyini tapdım. Yaxın oturun siz də bilin.

Aranızda bu sözü heç olmasa bir dəfə olsun belə eşitməyən yoxdur yəqin ki, birdə görürsən biri bazardan gəlir, yolda qonşusunu görüb: “Ay qardaş, belə şey olar, sən öl, özüm ölüm, dükan, bazar od tutub yanır, vallah bularda heç insaf deyilən şey qalmıyıb e”, deyə gileylənir.

Deməli yuxarda adı çəkilən T/M-nin od tutub yanan qiymətləri nəhayət ki, alovlanıb tüstü çıxardı. Necə ki, atalar məsəlində deyildiyi kimi "Od olmayan yerdən, tüstü çıxmaz". Bu da tüstü! Satdıqları mallara od qiyməti qoyanları öz odları yandırdı.

DİQQƏT! DİQQƏT! SOS... Dükanınızı, obyektinizi yanğından qorumaq istəyirsinizsə, qiymətləri od qiymətindən su qiymətinə endirin. Əks halda sözün əsl mənasında yana bilərsiniz. 

  1466   4

Войдите что бы оставить комментарий

Murad Xan Ərtürk
14 Марта 2014
Seva TT çox sağ olun...

Murad Xan Ərtürk
14 Марта 2014
Yaxşı Qasım bəy onda tam adi su qiymətinə olmasın olsun qazlı su qiymətinə ya da barjomi qiymətinə...yəqin onda sakitlik olar hə?))...

Seva TT
14 Марта 2014
Rəyinizi oxudum həm güldüm, həm də nə yalan deyim tamailə sizinlə razıyam. Od qiymətinə olan mallar odlandı)))

Qasım Abbasov
14 Марта 2014
yaxşı yazmısınız Ərtürk bəy. Məsələ burasındadır ki, qiymətlər su qiymətinə ensə subasma, sunami, qasırğa olacaq...





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up