Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Murad Xan Ərtürk
14 Марта 2014

QARABAĞ bu bayramda qayıtmadı...

İllərdi bayramlarda, məclislərdə şablona çevrilmiş bir arzudan danışmaq istəyirəm sizə. Deməli, illərdi elə hey bu arzunu eşidirəm "İnşallah, gələn il bu bayramı Qarabağda keçirək", "Allah qoysa, Qarabağımız qayıtsın, orda belə məclis quraq", "O gün olsun Qarabağımız qayıtsın".

Fəqət günlər ayları, aylar illəri, bayramlar bayramları əvəz edib ömrümüzdən ötsədə, Qarabağ qayıtmır ki, qayıtmır. Elə bil bu Qarabağ yağlı əppək olub çəkilib ərşə. Gözlərimiz sərhəddə baxa qalıb. Uzaqdan bir qaraltı görən kimi, sevinib səs-səsə veririk ki, o de Qarabağımız qayıdır. Sonra baxırıq ki, yox əşşi Qarabağ nə gəzir, gözümüz bizi aldadıb, məmurlar kimi. Yenə qol qanadımız qırılır, düşür yanımıza, yenə qurbağa gölünə daş atılır.

Biz hər il Qarabağ istəsək də, bizə Qarabağ yerinə söz verirlər, ya da atəşkəs rejimində şəhid olmuş əsgər, göz yaşları, nalələr. Hərdən kasıb komamızda xoruzlanıb, bir az səsimizi qaldırıb "Biz qoç Koroğlunun, Babəkin, Şah İsmayılın nəvələriyik, məhv eləyərik ermənini. Sən öl, əli yalın qovarıq oları yurdumuzdan" deyib kişilənib. Az sonra başımızı qoyun kimi aşağa salıb, qaragülüyümüzlə məşğul oluruq.

Bir deyən lazım ki, ə əli yalın lazım deyil, elə avtomatla, tankla, plemyotla get azad elə yurdumuzu. Bax, burda atalar yaxşı deyibe: "Evdə xoruz, çöldə fərə". Xülasə sözüm onda yox, hamı deyir Qarabağ qayıtsın, a bala, a kişi, ay atam, ay qardaşım, bu Qarabağ evdən küsüb gedən uşaq deyil, ha gedək qılığına girib qaytaraq. Ay sənə qurban, bu vətəndiye, bu cənnətə bənzər vətəndiye Mehmet Akif Ersoyun
"Basdığın yerləri torpaq deyərək keçmə tanı,
Düşün altındakı minlərlə kəfənsiz yatanı.
Sən şəhid oğlusan incitmə yazıqdır atanı,
Vermə,dünyaları alsan da bu cənnət vətəni" dediyi vətəndir!

Və bu sizin üçün ağrıdıcı, sarsıdıcı xəbər olsa da, bunu sizə demək məcburiyyətindəyəm sadəlöv, avam milləttim, Qarabağ qayıtmayacaq. Daha gözlərinizi giryan edib onu gözləməyin, daha şəninə şeirlər yazıb sızlamayın, qayıdan deyil Qarabağ! Çünki, Qarabağın qayıtması üçün gərəkdir Qarabağ gedə, onun isə getməyi üçün gərəkdir ayaqları ola. O isə bir torpaq, o isə bir vətəndir. Vətənin ayaqları olmur qayıtsın. Qarabağ heç yerə getməyib ki, qayıda Qarabağ yerində necə vardısa elədir. Sadəcə üz-gözünü ot-alaq basmış, sadəcə üzərindəki ayaqlar murdardı.

Qarabağ yerindədi, biz isə yox. Ayılın, oyanın, qalxın, daha biz Qarabağa qayıtmalıyıq, Qarabağ bizə qayıda bilməz. Silahla, qanla, canla gedib, vətənimizi azad etməyi, namusumuzu qanla yumağı, şərəfimizə yenidən paklığı gətirməyimizi arzulayıram özümüzə.

Əgər yenədə Qarabağı əliniz qoynunuzda ümid ilə gözləyirsizsə, bağışlayın sizi məyus edəcəm. QARABAĞ bu bayram da qayıtmadı!

  2700   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up