Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Murad Xan Ərtürk
13 Марта 2014

Duyğuların oğurluğu... və ya hisslərin plagiatı

Bir neçə gün bundan əvvəl ANS tv-də Adam içində verilişində bir tanınmış şairə xanımla bir elə də tanınmayan, lakin sözün əsl mənasında söz ustası olan adamın şeir mübahisəsinin şahidi oldum. Özümün də ədəbiyyata marağımın olması bu mövzuya diqqətimi çəkdi. Oturub izləməyə başladım. Mübahisə edənlər reklamı güclü olub sözləri şeiri sadəcə adi sözlər olan Zemfira Əlişqızı və doğurdan da oxuyarkən şeirlərinin böyük ürək, böyük ruhla yazıldığını gördüyümüz Tofiq Həsənli idi.

Zemfira Əlişqızının mahnılara yazdığı sözləri mahnılarda çox eşitmiş, efirdə düt deyincə görmüşük, lakin Tofiq Həsənli Ans-de gedən Qulp verilişində satirik şeirləri ilə bir çoxlarımızın ürəyindən tikan çıxarıb və yaddaşına həkk olub.

Nə isə keçək əsas mətləbə, bir neçə il bundan öncə bir tədbirdə Zemfira Əlişqızı və Tofiq Həsənli iştirak edir və orda şeirlərlə deyişirlər. Tədbirdən sonra Zemfira Əlişqızı Tofiq Həsənliyə  onun istedadına heyranlığını bildirərək öz kitabını imzası ilə təqdim edir və ona: "Şeirlərini ver, mən sənin adınla bunu nəşriyyatda çap elətdirim", deyir. Tofiq Həsənli razılaşaraq bir neçə şeirini Zemfira Əlişqızına təqdim edir. Sonradan onların arasında heç bir danışıq filan olmur.

Üstündən bir neçə il keçəndən sonra, Tofiq Həsənli Brillyant Dadaşova və Faytonçu Nazimin ifasında musiqisi Nadir Əzimova aid olan, lakin sözləri Tofiqin özünə aid olsa da sözlərinin Z.Əlişqızının sözləri kimi təqdim olunan mahnı eşidir və dərhal mətbuat konfransı keçirərək, Z.Əlişqızını da ora dəvət edir. Lakin Z.Əlişqızı Tofiq adlı adamı tanımadığını bildirərək, konfransa gəlməkdən imtina edir.

Bu minvalla bu məsələ ANS tv-nin "Adam içində" verilişinə çıxır. Verilişdə ekspert qismində oturan yaşlı eynəkli bir qadın söz alıb: “Mən bir ağsaqqal kimi bu məsələyə yanaşıram və bildirmək istəyirəm ki, yüzlərlə şeir müəllifi olan 5-kitabı çıxan Zemfira Əlişqızını şeir oğurlamaqda günahlandırmaq sadəcə ayıb olar”, deyərək, ciddi cəhdlə şeirin Z.Əlişqızının olduğunu isbatlamağa çalışsa da, heç bir maddi sübut ortaya qoya bilmir və sadəcə: "Bir iki bənd şeirdən ötəri qadınla dava eləmək sənə yaraşmaz” deyə, T.Həsənliyə müraciət edir. (P.S-bu qadının 60-a yaxın yaşının olmasına və verilişdə ekspert kimi əyləşməsinə baxmayaraq indiyə kimi bilməyib ki, qadının yaşlısına ağsaqqal yox, ağbirçək deyə müraciət olunur.)

T.Həsənlinin isə: "Siz şair deyilsiz, siz bilmirsiz şeir nədi? Bu şeir mənim ürəyimin məhsuludur, bu mənim duyğularımdır", deyə, gözləri doldu. Bir sözlə veriliş adam içində yox, bir başa adamın içində verilişi idi. Çünki, bir başa ordakı adamın içinin duyğuları ilə oynayırdılar.

Şeirdən qətiyyən başı çıxmayan adamlar bu mövzuya müdaxilə edir, bu da öz növbəsində ekran başında oturan tamaşaçının əsəblərinə toxunur və özündən çıxarırdı. Tofiq əlində qəzetlərdə çap etdirdiyi şeirləri sübut şəklində gətirsə də, Z.Əlişqızı heç bir sübut gətirə bilməyib: "Bu mənim şeirimdi, onu N.Əzimova mən təqdim etmişəm, zəng vurun ondan öyrənin. Bir də ola bilər ki, duyğularımız üst-üstə düşüb eyni şeiri ikimiz də yazmışıq" deyərək, absurd fikir soyləyib.

Verilişin aparıcısı Elgiz, Tofiq Həsənliyə şeiri deməsini xahiş edir və Tofiq ürəkləri dağlayacaq, əti ürpəşdirəcək şəkildə hönkürə-hönkürə şeiri deməyə başlayır:

Yığışıb gözümün içinə köçdün,
Gözümə bir daha girən olmasın.
Sərirəm üstünə kipriklərimi,
Səni gözlərimdə görən olmasın.

Gözümün ağında yuxulayırsan,
Gözümün qarası sənə balıncdı.
Üstünə sərdiyim kipriklərim də,
Yuxumu kəsməyə neçə qılıncdı.

Gözümə çəkirəm baxışlarımı,
Baxıram nə zaman oyanacaqsan.
Yığıb saxlamışam göz yaşlarımı,
Yuxudan oyanıb yuyunacaqsan.

Gözlərin gözümdən boylanır nəsə...
Gözümün içindən görmürsən məni.
Əgər gözlərimin içindəsənsə,
Bəs niyə yollarda gəzirəm səni

Şeiri dedikdən sonra T.Həsənli iddia edir ki, Z.Əlişqızı şeiri eyni ilə köçürərək sadəcə bir bənd əlavə etmiş və bəzi bəndlərin yerini dəyişdirərək şeiri öz adına çıxmışdır.

Z.Əlişqızının yazdığı versiyanı da oxucularımıza təqdim edirəm:

Gözüm gözlərinin içində qalıb,
 Qorxdum gözlərinə baxa bilmədim.
İstədim gözünə baxam bir anlıq,
 Daha öz gözümü tapa bilmədim.

 Gözümə çəkirəm baxışlarımı,
 Baxıram nə zaman oyanacaqsan.
 İllərlə saxladım göz yaşlarımı,
 Baxsam göz yaşımda yuyunacaqsan.
 
Gəlib gözlərimin içinə köçdün,
 Bir də gözlərini görən olmasın.
Sərirəm üstünə kipriklərimi,
 Sənin də yerini bilən olmasın.

 Gözümün içində yuxulayırsan,
 Gözümün qarası şirin yuxumdur.
 Gözümü qaldırıb baxmaq istədim,
 Sandım kipriklərim sənə toxundu.

 Gözün gözlərimə yığışıb köçüb,
 Gözümün içində görmürsən məni.
 Yaxşı,gözlərimin işindəsənsə,
Bəs niyə gözlərdə gəzirəm səni?

Z.Əlişqızının T.Həsənlidən oğurlayıb, öz aləmində düzəliş edib izi itirmək istəməsi şeirin tam mənasını itirməsinə səbəb olmuşdur. Belə ki, birinci bəndin ikinci misrası ilə dördüncü misrası arasında qafiyələnmə olmalıdır, lakin "Baxa bilmədimlə, tapa bilmədim" həmqafiə deyil.

Üçüncü bənddə yenə yuxarıda göstərdiyim səhv təkrarlanır. "Görən olmasın və bilən olmasın" həmqafiə deyil. Qalan iki bənd isə tamlığı ilə mənasını itirmişdir. Bunu görmək üçün azacıq ədəbiyyatdan anlayışlı olmaq yetərlidir. Bunları görüb Z.Əlişqızının çap etdirdiyi ağız dolusu danışdığı beş kitabında neçə-neçə belə savadsız səhvin olması adamda şübhə doğurmur.

Tofiq şeiri hönkürərək dedikcə Ekranda Zemfiranın gülümsəyən simasını göstərirdilər. Bu mənzərəyə baxdıqda adamın dişi bağırsağın çeynəyirdi. Şeir bitəndə auditoriyada fikirlər Tofiqin xeyrinə xeyli dəyişdi. Hətta verilişin aparıcısı Elgiz dedi: "Mən əvvəl elə bildim bu kişi yalan danışır, şər atır, amma onun şeiri belə ürəklə və ağlayaraq deməsi adamda inam yaratdı".

Z.Əlişqızı isə: "Birincisi mən ağlaya bilmirəm, yoxsa səndən bərk ağlayardım, ikincisi də ki, bizim o qədər böyük problemlərimiz var ki, Qarabağ boyda dərdimiz var, o boyda torpaqlarımız işğal altındadır, bizim belə cılız şeyləri müzakirə etməyimiz ayıbdır" deyərək yenə absurd fikir söyləyərək,  işğal olunmuş Qarabağımızdan qalxan kimi istifadə etdi. Sanki Qarabağın getməyində günahkar məhz Tofiqdir və ya Qarabağ işğal olunubsa Tofiqin şeirlərini oğurlamaq olar.

Mən belə düşünürəm ki, belə fikir söyləyən adamın düşüncəsi dar və cılızdır. Bu verilişin mövzusu məndə belə bir fikir formalaşdırdı ki, bizim cəmiyyətdə istedadlısansa kasıb olmamalısan və lakin kasıbsansa istedadını dəfn etməlisən. Deməli belə aydın olur ki, bu cəmiyyətdə hələ də şəxsiyyət pulu yox, pul şəxsiyyəti üstələyir. Yox, bu çox humanist söz oldu. Üstələyir yox, ayaqlayır, tapdalayır, əzir.

  2571   1

Войдите что бы оставить комментарий

Seva TT
13 Марта 2014
Şeirleri oxuyanda açıq-aşkar bilinir ki, Z.Əlişqızının yazdığı plagiatdır. Onsuzda indi düz danışana qulaq asan yoxdur. Ürəyim ağrıdı Tofiq müəllimə görə(((





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up