Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
13 Марта 2014

Yazın gəlməsi ilə əlaqədar dərimizi piqment ləkələrindən qoruyaq - Reseptlər

Yazın gəlməsi ilə əlaqədar bəzi qadınların üzündə ləkələr əmələ gəlir. Ona görə də hər il yaz və yay aylarında çillərin və piqment ləkələrinin qarşısını ala bilən vasitələrdən istifadə etmək lazımdır. Mənim bacımda da bu problem olduğu üçün o daima öz dərisinə qulluq edir və müxtəlif vasitələrdən istifadə edir.

Belə ki, ən vacibi mart-aprel aylarında günəş şüalarının daha təsirli oluğu üçün evdən çıxmamışdan qabaq üzünə qoruyucu kremlərdən (SPF tərkibli) çəkir.

Əgər çillər artıq əmələ gəlibsə onda gündəlik yağlı dəriyə limon şirəsi, üzüm sirkəsi, quru dəriyə isə qıcqırmış qatıq, kefir çəkmək məsləhətdir. 15-20 dəqiqə üzdə saxlayıb, yumaq və sonra qoruyucu krem çəkmək lazımdır.

Bundan başqa balı yarıbayarı qaymaqla qarışdırıb, üzə çəkmək olar. Əslində çillərin və piqment ləkələrinin qarşısını almaq üçün maskalar çoxdur. Amma bacımın ən çox işlətdiyi vasitələr bunlardır və razıdır. Bundan başqa çox effektli bir ağardıcı maska da paylaşmaq istərdim.

Tərkibi belədir: Oksisid 1 çay qaşığı (toz formasında olur), ağ gil (белая глина) – 1 çay qaşığı, 3 % perekis – 2 çay qaşığı, limon suyu – 1 çay qaşığı. Həftədə 3 dəfə üzün dərisinə qoyulur və quruyana kimi saxlanılır (təxminən 30 dəqiqə). Üz yuyulmur, sadəcə yavaşca çırpılmaqla təmizlənir. Çox gözəl ağardıcı effekti var.

  4363   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Секреты красоты

Saçınız tökülür? Ev şəraitində özünüz buna çarə tapa bilərsiz. Resept!
Секреты красоты

Xurmadan çox gözəl maska resepti rəydə ...
Секреты красоты

Qış aylarında istifadə etdiyim 2 maska reseptini sizlərlə bölüşürəm
Секреты красоты

İstifadə etdiyim nəmləndirici effektli 2 maska resepti rəyimdə ...
Секреты красоты

Üz üçün təbii kremin faydasının özümüz şahidi olduq - hazırlanma qaydası rəydə...
Секреты красоты

Qara və qırmızı qarağatdan yağlı və normal (quruluğa meylli) dərilər üçün özümün faydasını gördüyüm üz maskaları
Секреты красоты

Saçlarınızı mineral su ilə yaxalamağı bir vərdişə çevirin və nəticəni özünüz görün!
Секреты красоты

Mənim faydasını gördüyüm çiyələkli maskadan siz də istifadə edin
Секреты красоты

Dəniz duzu ilə dərini pilinq etməyin əsl zamanıdır. İstifadə etdiyim sadə resept
Секреты красоты

Nəticəsini gördüyüm albalı tərkibli maska reseptləri
Секреты красоты

Уход за кожей лица

  Положительных отзывов: 18

  Отрицательных отзывов: 0


up