Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Murad Xan Ərtürk
11 Марта 2014

Rüşvətlə oxuyan həkim gələcəyin qatilidir!

Mən ibtidai sinifdə oxuyarkən müəllimə uca bir varlıq kimi baxırdım. Fikirləşirdim ki, müəllim bizdən, anamızdan, atamızdan, bütün insanlardan fərqli bir varlıqdır. Hətta elə düşünürdüm ki, müəllim yemək yemir, tualetə getmir. Bu indi gülməli görsənsədə uşaq ikən belə düşünürdüm. Müəllimlik cəmiyyətdə hər peşədən şərəfli peşədir. Çünki, hər şeyi bizə müəllim öyrədir, ilk dəfə yazmağı, oxumağı, düşünməyi, düşündürməyi, müəllim cəmiyyətə mühəndis, müəllim, polis, hüquqşünas, vəkil, hakim, həkim verən insandır. Gərəkdir bu qədər əziyyətlər çəkən insanın işi ancaq bu sadaladıqlarım ola, fikirləşsək ki, müəllim həm də ata, anadır. Müəllimin maddi durumu cəmiyyətdə hər kəsdən üstün olmalıdır.

Amma mən böyüdükcə dərk etməyə başladım ki, müəllim yemək də yeyir, tualetə də gedir, hətta dərsin zəif bilən şagirddən  pul (şirinlik, hörmət) alaraq qiymət də yaza bilirmiş. Bəli mən bunu görürdüm, nə yalan deyim hətta özümdə bu vasitə ilə az qiymət almamışam. O zaman bunu sadəcə verdim aldım vəssalam kimi düşünsəmdə gələcəyin nə boyda böyük fəlakətinin başlanğıcının şahidi olduğumun fərqində deyildim. Fəqət yaşadıqca gördüm, rastlaşdım. Kütbeyin müəllimlə, savadsız hakimlə, hüququ bilməyən hüquqşünasla, polis rəisi ilə, jek işçisi ilə və qəssab, qatil həkimlə.

Xülasə dünən savadsız həkimin (qəssabın, qatilin) yeni bir qurbanının gənc, hələ yaşamağı tam dərk etməmiş ölümü dadan, bir çiçək ki, hələ açmamış solan Nərmin Hüseyinlinin olduğunu anladım. Xərçəng xəstəliyindən əziyyət çəkən bu qızı həkimlər burda səhv müalicə edərək xərçəngin kəskin şəkil almasına gətirib çıxardılar. Və sonra, və sonra pul lazım oldu müalicə olunması üçün Azərbaycanda yox şirinliksiz, hörmətsiz, rüşvətsiz təhsil olan qardaş Türkyədə. Pulu kim verdi? Azərbaycanın Səhiyyə Nazirliyi? Yox! Hansısa millət vəkili? Yox! Bəlkə milyonları göyə sovuran məmurlar? Yox! Azərbaycanın sözün əsl mənasında kasıb camaatı, kasıb gəncliyi. Türkiyədə əməliyyat üçün pul toplayan gənclər məbləği toplayan kimi Nərmin Hüseynlini Mərkəzi Kilinik Xəstəxanasının İngiltərəyə təyyarə biletinin qiymətindən belə baha qiymətlə hava limanına aparan maşınına yerləşdirərək, hava limanından Türkiyəyə yola saldılar.

Əvvəl-əvvəl Nərmindən yaxşı xəbərlər gəlsədə, sonradan Nərminin səhhətində qəfil dönüşün olması onun komaya düşməsi xəbəri mətbuatda sürətlə yayıldı. Hər kəs sosial şəbəkələrdə Nərmin üçün dua etdi, hər kəsdən dəstək istədi. Lakin dünən Nərminin beyninə qan sızması nəticəsində vəfat etməsi xəbəri Azərbaycanı sarsıtdı. Daha deyiləsi söz yoxdur, həkim olmaq istəyənlər pul verib, qəssab oldu və o qəssablar Nərminləri öldürüb qatil oldu. Heç yaxanızı kənara çəkməyin yuxarıdan aşağıya hamımız günahkarıq bu ölümdə. Müəllimə az əmək haqqı verən, az əmək haqqını lazımı adamdan tələb etməyib, rüşvət alıb, qiymət yazan müəllim, avaraçılığı təhsildən üstün tutub müəllimə rüşvət verən tələbə və sən! sən! sən!

"Zülməti lənətləmə ondansa bir şam yandır". Günahkar olmamaq üçün oxumaq lazımdı. Facebookda status yox, səhnədə bayağı mahnı yox, tələbəyə qiymət yox, rüşvət yox, dərs oxumaq elmə yiyələnmək lazımdı. Oxumaq lazımdır ki, Nərminlər və yüzlər, minlər ölməsin. Maariflənin ki, çıxın sizi çəkib aparmaq istəyən cahil bataqlıqdan əziz Azərbaycan gəncliyi!

  2543   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up