Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Samirə Musayeva
10 Марта 2014

İnsanlığımızı qoruyaq! Bir birimizlə yediklərimiz bölüşək, sosial şəbəkələrdə paylaşmayaq!

Bu gün yazacağım mövzu, bəlkə də çoxlarımızın düşünmədən, bəyənib paylaşdığımızdan irəli gəlir. Eziz dostlar, hamımız sosial şəbəkələrdən istifadə edirik və maraqlı xəbər və ya statuslar paylaşırıq. Bəzən isə yediyimiz, aldığımız və ya bişirdiyimiz yeməkləri.

Qrup yoldaşımın başına gələn bir hadisəni yazmaq istəyirəm. Qız hamilədir və fb-da olanda hansısa dostu yediyi alçanın şəkillərini fb-da paylaşıb.

Bu qızda hamilə olduğundan özündən ixtiyarsız ürəyi çəkib. Yoldaşı bilib və gedib ki alça alsın. Alçanın bir dənəsi 10 manat. Bəli düz yazmışam 10 manat bir kilo yox, bir dənə alça. Bir neçə bazara gedəndən sonra, axırda Təzə bazarda bir insaflı satıcıya rast gəlib, və satıcı ondan 3 alça üçün 24 manat pul istəyib. Təsəvvür edin, 3 kq ətin qiymətinə - 3 alça.

Ailənin yaşayış səviyyəsi, nəinki bu ailənin, belə baxanda Azərbaycanda əmək haqqını nəzərə alaraq, demək olar ki, əhalinin 70 % -i üçün bu qiymət çox yüksəkdir. Axı çoxlarımız buna almağa çətinlik çəkərik.

Mənim yadımdadır, mən məktəbdə oxuyarkən, anam mənə məktəbə kotlet aparmağa qoymazdı ki, kotletin iyi yayılır. Elə adam ola bilər ki, ət almağa imkanı çatmasın və evdəkilərdən istəsin, valideyinləri isə buna görə sıxılsınlar.

Mən inanıram ki, bunu çoxlarımuz fikirləşmədən edirik. Çünki biz bölüşməyi və kasıba əl tutumağı sevən xalq olmuşuq. Hətta bizim milli bayramlardan biri olan Novruz bayramında da bizim adət və ənənələlrimiz öz əksini tapır. Bayram vaxtı qonşuya, qohuma, tanıdığımız hər bir kəsə şəkərbura, paxlava və ya bişirilən şirniyyatlardan pay qoyular.

Ancaq bunu da boynumuza alaq ki, indi insanlarımız dəyişib, nəinki pay vermək istəmir, yediklərinin şəklini çəkib paylaşırlar. Mən düşünürəm ki, onu edənlər bu detalları nəzərə almayıblar və əgər bu movzunu oxusalar bu nöqsanlara yol verməzlər. Dostlar, gəlin bizə nənə-babalarımızdan qalan yaxsı adətləri unutmayaq və yaşadaq. Bir birimizlə yediklərimiz bölüşək, paylaşmayaq.

  7481   1

Войдите что бы оставить комментарий

Gulshan Alizade
26 Марта 2014
hal hazirda 9cu ayima girmiwem Allah butun hamileleri qorusun.. ve kecen ay yoldawim getdi 3 dene alcaya 30 man waftalinin kilosuna nesimi bazarinda 25 man pul verdi aldi getirdi.Hansiki butun seyfelerde al4a isteyen vaar? yazib adminkalar veya adminler wekil paylawib adami wiwirdirler duwunmurler nefsi ceken olar...





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up