Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
06 Марта 2014

Quru fasolyadan hazırladığım yemək çox dadlıdır. Bütün ailə üzvlərimiz bəyənir!

Türklərin tez-tez hazırladıqları bir yemək var. Bu da onların dilində desək "Kuru fasolya"dır. Bir çox türk filmlərində bu yemək süfrələrin demək olar ki bəzəyi kimi göstərilir. Ailəmizdə quru fasolyadan hazırladığım xörəyi çox xoşlayırlar. Quru fasolya ağ, yastı, üstü parıltılı olan lobyalardır. Onu həm bazar, həm də marketlərdən əldə etmək olar. Mən bu isti yeməyi bucür hazırlayıram.

Resept: Əvvəlcə fasolyaları yuyuram, 2-3 saatlıq suda saxlayıram, sonra isə suda bişirirəm. Ayrıca olaraq balaca küftələr düzəldirəm və onları da suda bişirirəm. Ayrıca qazançada 2 baş soğanı doğrayıb, kərə yağı ilə bitki yağının qarışığında qızardıram. Üstünə ya bolluca tomat, ya da ki qabığı soyulmuş və doğranmış pomidorlar əlavə edirəm. Hal-hazırda pomidor sezonu olmadığı üçün yeməklərə əlavə etmək üçün yaydan tutulmuş pomidorları istifadə edirəm. Daha sonra pomidorları da soğanla birlikdə qızartdıqdan sonra üstünə fasolyaları və küftəcikləri əlavə edirəm və birazca da ətin bulyonundan üzərinə tökürəm. Duz, istiot və sarıkökü isə zövqə görə sonda əlavə edirəm.

Bu yeməyi həm tək halda, həm də müxtəlif növ qarnirlərlə birlikdə süfrəyə servis edirəm. Ailəmizin bütün üzvlərinin bəyəndiyi və həvəslə yediyi yeməkdir. Çox dadlıdır. Siz də hazırlayın:)

  3625   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Основные блюда

  Положительных отзывов: 21

  Отрицательных отзывов: 0


up