Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
03 Марта 2014

Qəhvəli beze - fərqli dad və tam - Resept

Evdə hazırlanan bezeni xoşlayıram. Həm ayrıca şirniyyat kimi, həm də tortlar üçün bəzək kimi istifadə edirəm. Qəhvəli bezenin dadı da, görünüşü də daha fərqlidir. Qəhvənin tamına və qoxusuna görə bezelər çox şirin olmur və ürəyi vurmur.

Qəhvəli bezenin resepti belədir:
Yumurta - 3 ədəd
Şəkəd tozu - 155 qr
Qəhvə - 1-1,5 çay qaşığı(toz şəklində).

Beləliklə, yumurtanın ağı sarısından ayrılır. Əvvəlcə yumurtaların təkcə ağları mikserin yüksək sürətində çalınır, daha sonra isə az-az şəkər tozu əlavə edildikcə yenə qarışdırılır və çalınır (10 dəqiqədən az olmamaq şərtilə köpüklənənə qədər qarışdırmaq lazımdır). Qarışdırılmış kütlənin üzərinə toz şəklində kofe əlavə edilir.

Kütlə konditer meşokun içimə tökülür və hissə-hissə perqamentli kağızlı tavanın üstünə bir-bir əlavə edilir. Hər bezenin üzərinə bəzək üçün kofe dənəcikləri səpilir. Qızdırılmış peçdə (duxovkada) 120 dərəcədə təxminən 3 saat bişirilir-qurudulur.

Hazır olmuş bezelər perqamentli kağızdan rahat çıxır, yəni yapışmır. Çox dadlı və səliqəli bezelər alınır.

  5400   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Сладости

  Положительных отзывов: 19

  Отрицательных отзывов: 0


up