Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
28 Февраля 2014

İctimai yerlərdə siqaret çəkilməsinə qadağa nə vaxt qoyulacaq?

Televiziya kanallarında, internetdə oxuduğumuz xəbərlərə, məlumatlara görə artıq Avropa ölkələrində bir sıra siqaretlərin satışına məhdudiyyət və ictimai yerlərdə siqaretlərin çəkilməsinə qadağa qoyulub. Hətta türk seriallarında belə siqaret çəkmə səhnələrində siqaretlər kölgə kimi yayımlanır. Bəs görəsən bizim ölkəmizdə nə vaxt siqaret çəkməyə məhdudiyyət qoyulacaq? Artıq vaxtı çatmayıbmı?

Artıq kişilər harada siqaret çəkməklərinə diqqət yetirmirlər. Bu hallarla dəfələrlə rastlaşmışam. Avtobus dayanacağında dayanırsan, ətrafda da xeyli insan avtobus gözləyir. Hansısa bir ya cavan oğlan ya da yaşlı biri başlayır insanların düz yanında sıqaret çəkməyə. İstər istəməz siqaretin qoxusu, tüstüsü də insanların üzərinə vurur və xoşagəlməz hiss yaradır. Məcbur olub yerivi dəyişirsən ki, bu iydən boğulmayasan.

Yaxud da, marşrutda gedirsən, avtobus sərnişinlə dolu olur. Bəzi sürücülər də, avtobusda bu qədər insanın olmağını vecinə almayaraq başlayır avtobus sürə-sürə siqaret çəkməyə. Bütün siqaretin tüstüsü, iyi də dolur avtobusa. Hətta neçə dəfə olub ki, sərnişinlərlə sürücülər arasında bu səbəbə görə münaqişə yaranıb. Axı bu düzgün deyil.

Artıq bəzi insanlar ictimai yerlərdə özlərini necə aparmağı, hansı gigiyenik qaydalara əməl edəcəklərini lap unudublar. Niyə görə dayanacaqlarda insanların yanında kimsə siqaret çəkməlidir? Niyə görə avtobuslarda sərnişinlər siqaret iyindən boğulmalıdır?

Düşünürəm ki, siqaretin çəkilməsi üçün müəyyən yerlərdə məhdudiyyət qoyulmalıdır. Onsuzda Bakıda hava o qədər təmiz deyil, maşınların, tikintilərin əlindən normal oksigenlə nəfəs ala bilmirik. Heç olmasa siqaret çəkilməsi üçün yerlərə məhdudiyyətlər qoyulsun ki, bu insanlar zəhərli yox, normal hava qəbul etsinlər. Çünki hətta siqaret çəkməyən insanların belə yanında siqaret çəkilirsə, bu o deməkdir ki, o siqaret çəkməyən insan da potensial siqaret çəkən hesab edilir. Yəni onun ciyərləri elə siqaret çəkən insanın ciyərləri qədər zəhərlənir. Buna artıq bir son qoymaq lazımdır.

  1830   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up